Icma.az
close
up
RU
MOSKVANIN YUMŞALMASI MÜVƏQQƏTİ TAKTİKİ SİYASİ GEDİŞDİR...

MOSKVANIN YUMŞALMASI MÜVƏQQƏTİ TAKTİKİ SİYASİ GEDİŞDİR...

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Son günlər Moskva ilə Bakı arasında münasibətlərin yumşaldığı müşahidə olunur. Azərbaycan və Rusiyanın yüksək səviyyəli rəsmiləri arasında intensivləşən təmaslar, baş tutan görüşlər və verilən bəyanatlar bunu təsdiq edir.

İlk baxışda belə görünür ki, Moskva ritorikasını yumşaldaraq Bakı ilə qarşılıqlı hörmət prinsiplərinə əsaslanan üsluba üstünlük verir, iki ölkə arasındakı gərginlik səngiyir. Baş verən bu proseslər cəmiyyətimizdə Moskva ilə Bakı arasında  “münasibətlərin normallaşması” təəssüratını  formalaşdırır.

Lakin hadisələrin dərin təhlili göstərir ki, bu “yumşalma” Moskvanın daimi strategiyası deyil, geosiyasi vəziyyətdən irəli gələn müvəqqəti taktiki siyasi gedişdir.

Fikrimizcə, "yumşalmanın" səbəbləri aşağıdakılardır:

1. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə, Zəngəzur dəhlizi layihəsi, Türk Dövlətləri Təşkilatı (TDT) ilə inteqrasiya və balanslı diplomatiya Bakının əlini gücləndirib;

2. Qərb sanksiyaları fonunda Rusiyanın Azərbaycana siyasi, iqtisadi və informasiya təzyiqləri gözlənilən effekti vermədi. Bakı öz müstəqil mövqeyindən geri çəkilmədi.

Beləliklə, Moskvanın təzyiqləri nəticəsiz qaldı;

3. Ukrayna müharibəsi Moskvaya böyük hərbi, iqtisadi və diplomatik yük gətirib. Bu şəraitdə  Cənubi Qafqazda əlavə gərginlik yaratmaq Kremlə  baha başa gələ bilər;

4. Azərbaycan həm Avropanın enerji təhlükəsizliyi, həm də Şərq-Qərb nəqliyyat dəhlizləri üçün strateji mərkəzdir. Rusiya bu mövqeyi nəzərə almadan regiondakı təsirini saxlaya bilməz.

Müşahidələr göstərir ki , Moskva “qarşılıqlı hörmət və tərəfdaşlıq” ritorikasına keçməklə, Bakının dəstəyini tam itirməməyə çalışır. Bu taktika Kremlə iki cəhətdən üstünlük verir:

1.) Azərbaycanla münasibətləri qoruyub-saxlamaq;

2.) Eyni zamanda regiondakı təsir imkanlarını müəyyən dərəcədə davam etdirmək.

Lakin unutmaq olmaz ki, Rusiya siyasətçiləri imperialist ambisiyalarından əl çəkməyiblər. Tarix göstərir ki, Moskva imkan tapan kimi sərt təzyiq siyasətinə qayıdır. Bu gün Kremlin nisbi geri çəkilməsi, sadəcə, mövcud reallıqların qəbul edilməsidir.

Düşünürük ki, indiki geosiyasi şəraitdə aşağıdakı  addımların  atılması ölkəmiz üçün  faydalı ola bilər :

- Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq dərinləşdirilməlidir ;

- ABŞ, NATO və Avropa İttifaqı ilə balanslı əlaqələr qorunmalıdır ;

- Çin və ərəb ölkələri ilə siyasi-iqtisadi münasibətlər genişləndirilməlidir;

- Azərbaycanın beynəlxalq tranzit, enerji və təhlükəsizlik platforması kimi rolu gücləndirilməlidir.

Unutmamalıyıq ki, Rusiya Federasiyası zəifləyib “öz qınına çəkilməyənə” qədər bu imperiya ilə ehtiyatlı davranmaq zəruridir.

Azərbaycanın müstəqil siyasəti, strateji tərəfdaşlıq dairəsinin genişlənməsi, balanslı diplomatiyası regionda sülh və sabitliyin əsas təminatçısıdır.

Qəvami SADIQBƏYLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Avqust 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri