Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Moskvanın buraxmaq istəmədiyi “Neftçi” kapitanı İsgəndər Cavadov kimdir?

Moskvanın buraxmaq istəmədiyi “Neftçi” kapitanı İsgəndər Cavadov kimdir?

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan futbolunun tanınmış simalarından biri, “Neftçi”nin sabiq kapitanı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb.

Modern.az görkəmli futbolçunun həyat və fəaliyyətinə nəzər salır.

Futbola gedən yol gimnastika və güləşdən keçib

İsgəndər Cavad oğlu Cavadov 2 avqust 1956-cı ildə Bakıda anadan olub. Maraqlıdır ki, gələcəyin məşhur hücumçusu idmana futbolla başlamayıb. O, əvvəlcə gimnastika və güləşlə məşğul olub, yalnız 14 yaşında futbolu seçib.

İsgəndər Cavadovun böyük futbola gedən yolu isə asan olmayıb. Gənc hücumçunu ilk vaxtlar “Neftçi”yə qəbul etmək istəməyiblər. Buna səbəb onun boyunun qısa olması göstərilib. Sonralar meydandakı sürəti, texnikası və qol duyumu bu fiziki göstəricinin futbolçu üçün maneə olmadığını sübut edib.

İ. Cavadov əvvəlcə Sumqayıtın “Xəzər”, daha sonra Bakının “Avtomobilçi” komandasında forma geyinib. Bu klublardakı çıxışı onun “Neftçi”yə yolunu açıb.

“Neftçi”nin səkkizillik kapitanı

İsgəndər Cavadov 1977-ci ildə Gennadi Bondarenkonun rəhbərlik etdiyi “Neftçi”nin heyətində SSRİ çempionatında debüt edib. Həmin dövrdə İqor Ponomaryov, Səmədağa Şıxlarov və Asim Xudiyev kimi futbolçular da əsas komandaya cəlb olunmuşdular.

İ. Cavadov qısa müddətdə komandanın aparıcı oyunçularından birinə çevrilib. O, hücumçu olsa da, təkcə vurduğu qollarla deyil, sürətli keçidləri, mübarizliyi və oyunun taleyini dəyişmək bacarığı ilə seçilib.

1979-cu ildən 1986-cı ilədək “Neftçi”nin kapitanı olan İsgəndər Cavadov Bakı klubunun tarixində ən uzun müddət kapitan sarğısını daşımış futbolçulardan biridir. “Neftçi”nin oyunlarına on minlərlə azarkeşin gəldiyi illərdə o, komandanın əsas simalarından sayılırdı.

Moskva “Dinamo”suna aparan oyun

1982-ci ilin ikinci yarısında İsgəndər Cavadovun karyerasında yeni mərhələ başlayıb. O, SSRİ futbolunun nüfuzlu klublarından olan Moskva “Dinamo”suna keçib.

Cavadovun özünün sonralar danışdığına görə, onu komandaya SSRİ-nin daxili işlər naziri qəbul etmişdi. Futbolçuya Ələkbər Məmmədovun davamçısı kimi baxıldığı, Moskvada istənilən şəraitin yaradılacağı bildirilmişdi.

O, “Dinamo”nun heyətində UEFA Kubokunda da meydana çıxıb. Polşada keçirilən qarşılaşmada bir qol vurub, digər qolun ötürməsini verib. Cavadov hesab edirdi ki, Moskva klubunda uğurlu çıxış etmək onun SSRİ yığmasına dəvət almasına yol aça bilər. Lakin futbolçunun Moskva macərası uzun sürməyib.

Heydər Əliyevin zəngi və Bakıya dönüş

İsgəndər Cavadov ötən il Modern.az-a verdiyi müsahibədə “Dinamo”dan “Neftçi”yə qayıdışının indiyədək geniş bilinməyən təfərrüatlarını açıqlamışdı.

Onun sözlərinə görə, Moskvada oynadığı dövrdə Azərbaycan SSR-in o vaxtkı rəhbəri Kamran Bağırov, respublikanın hökumət başçısı və “Neftçi”nin kuratoru Fuad Musayev onunla görüşüblər. Görüşdə bildirilib ki, Cavadov komandadan gedəndən sonra azarkeşlərin “Neftçi”nin oyunlarına marağı azalıb və tribunalar onu geri tələb edir.

Futbolçu ailəsini də nəzərə alaraq Bakıya qayıtmağa razılıq versə də, Moskva “Dinamo”su onu buraxmaq istəməyib. Məsələnin həlli üçün həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyevə müraciət edilib.

Cavadovun sözlərinə görə, bundan sonra onu SSRİ Daxili İşlər Nazirliyinə çağırıblar və Heydər Əliyevin məsələ ilə bağlı zəng etdiyi bildirilib. Beləliklə, futbolçunun Azərbaycana qayıtmasına razılıq verilib.

İsgəndər Cavadov 1983-cü ilin mayında yenidən “Neftçi”yə qoşulub. Onun qayıdışından sonra stadion yenidən azarkeşlərlə dolub, Bakı klubu Moskva “Spartak”ını 2:1 hesabı ilə məğlub edib.

Baş məşqçi olmağa hazırlanan kapitan

“Neftçi” 1986-cı il mövsümünün ilk yarısını uğurlu keçirərək turnir cədvəlində yüksək pillələrdə qərarlaşıb. Komandanın qarşısına 1966-cı ildə qazanılmış bürünc medal uğurunu təkrarlamaq vəzifəsi qoyulub.

İsgəndər Cavadovun danışdığına görə, həmin dövrdə respublika rəhbərliyi onu gələcəkdə “Neftçi”nin baş məşqçisi kimi görürdü. Lakin bu plan baş tutmayıb. Klub daxilində yaranan münasibətlər, sonrakı nəticələr və SSRİ-nin dağılması onun məşqçilik karyerasına başlamasına imkan verməyib.

Müstəqillik illərində də “Neftçi”dən və digər klublardan təklif gözləyən Cavadov heç kimdən dəvət almayıb. O isə iş üçün kiməsə müraciət etməyi və vəzifə istəməyi özünə sığışdırmadığını söyləyib.

Banişevskinin 100-cü qolunun ötürməsini verdi

İsgəndər Cavadovun yaddaşında xüsusi yer tutan qarşılaşmalardan biri Anatoli Banişevski ilə birlikdə meydana çıxdığı oyun olub. Cavadov Banişevskinin yubiley – 100-cü qolunun ötürməsini məhz özünün verdiyini bildirib.

Onun xatırladığı digər mühüm qarşılaşma “Spartak”la oyun olub. Cavadovun sözlərinə görə, matçdan əvvəl Heydər Əliyev futbolçularla görüşərək komandanın qələbəsinin vacibliyini vurğulayıb və xüsusi olaraq ondan çox şey gözlənildiyini deyib.

“Neftçi” həmin dramatik qarşılaşmada “Spartak”a 4:3 hesabı ilə qalib gəlib. Qələbədən sonra Heydər Əliyev komandanın baş məşqçisi Əhməd Ələsgərova zəng edərək kollektivi təbrik edib.

Karyerasını Kişinyovda bitirdi

İsgəndər Cavadov “Neftçi”dən sonra qısa müddət Gəncənin “Kəpəz” komandasında da çıxış edib. O, peşəkar futbolçu karyerasını 1989-cu ildə Moldovanın paytaxtını təmsil edən Kişinyov “Nistru”sunda başa vurub.

1983-cü ildə ona “SSRİ idman ustası” fəxri adı verilib. Cavadov sovet futbolunun yüksək liqasında uzun illər çıxış etmiş və avrokuboklarda qol vurmuş azərbaycanlı futbolçulardan biridir.

Ailədə futbol ənənəsini onun qardaşı Füzuli Cavadov da davam etdirib. Füzuli Cavadovun oğlu Vaqif Cavadov isə sonralar Azərbaycan millisinin futbolçusu olub.

Futboldan prokurorluğa

Futbolçu karyerasını başa vurduqdan sonra İsgəndər Cavadov tamamilə fərqli sahəyə üz tutub. O, hüquq-mühafizə sistemində, Respublika Prokurorluğunda müxtəlif vəzifələrdə çalışıb.

Modern.az-a müsahibəsində hüquq sahəsinə getməsinin əvvəlcədən planlaşdırılmış seçim olmadığını deyən keçmiş futbolçu bildirib ki, klublardan məşqçilik təklifi almadığı üçün bu istiqamətə yönəlib.

İsgəndər Cavadov 25 il prokurorluq orqanlarında fəaliyyət göstərib və əmək fəaliyyətini prokurorluğun fəxri işçisi kimi başa vurub. Buna baxmayaraq, o, futboldan uzaqlaşmayıb, müxtəlif dövrlərdə AFFA İcraiyyə Komitəsinin üzvü olub, regional futbolun təşkili ilə məşğul olub.

200 uşağı futbola gətirən məktəb

Cavadovun fəaliyyətində diqqətçəkən məqamlardan biri də şəxsi futbol məktəbi yaratmasıdır. Onun sözlərinə görə, məktəb fəaliyyətə başlayarkən qısa müddətdə 200 uşaq məşqlərə cəlb olunub.

Layihəyə əvvəlcə bir iş adamı təmənnasız maliyyə dəstəyi göstərib. Lakin həmin şəxsin qəfil vəfatından sonra məktəbin maliyyələşdirilməsində çətinliklər yaranıb. Cavadov bununla bağlı AFFA rəhbərliyinə müraciət etsə də, lazımi dəstəyi ala bilmədiyini söyləyib.

O, məktəbi valideynlərdən alınan minimum ödəniş hesabına ayaqda saxlamağa çalışdığını bildirib. Valideynlərin ona “siz olmasaydınız, uşaqlarımız küçəyə və zərərli vərdişlərə yönələ bilərdi” deməsi keçmiş futbolçunun yaddaşında xüsusi yer tutub.

“Neftçi”ni iki ilə lider edə bilərəm”

İsgəndər Cavadov müsahibəsində doğma klubunun hazırkı vəziyyətindən narahatlığını da gizlətməyib. O bildirib ki, “Neftçi” ilə əlaqə yaratmağa çalışsa da, zənglərinə cavab verilməyib.

Keçmiş kapitan ona iki il vaxt veriləcəyi halda “Neftçi”ni yenidən ölkə futbolunun liderinə çevirə biləcəyini söyləyib:

“Bir dəfə mənə təklif etsinlər ki, gəl burada işlə. İki il vaxt versinlər, ‘Neftçi’ni ölkə lideri edim. Mən vaxtilə ‘Neftçi’də tarix yazmışam, səkkiz il kapitan olmuşam”.

Onun fikrincə, Azərbaycan futbolunun əsas problemi uşaq və gənclər futbolunun lazımi səviyyədə qurulmaması, regionlarda stadion və məşq bazalarının çatışmaması, qərarların isə futbolun daxilindən gələn şəxslərlə məsləhətləşmədən verilməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Sentyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri