Icma.az
close
up
RU
Moskvanın Kiyev xəbərdarlığının arxasında nə dayanır?

Moskvanın Kiyev xəbərdarlığının arxasında nə dayanır?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyinin Kiyevdəki xarici diplomatlara və vətəndaşlara şəhəri tərk etməyi tövsiyə etməsi Ukraynadakı vəziyyətlə bağlı yeni müzakirələrə səbəb olub. Moskva hərbi obyektlərə qarşı zərbələrin davam edəcəyini bildirir. Ukrayna tərəfi isə Kiyevdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başqa şəhərlərə köçürülməsi ilə bağlı hər hansı müraciətin olmadığını açıqlayıb. 

Bir tərəfin sərt xəbərdarlığı, digər tərəfin isə diplomatik missiyaların Kiyevdə fəaliyyətini davam etdirməsi müharibənin hazırkı mərhələsi ilə bağlı müxtəlif suallar doğurur.

Maraqlıdır, Rusiyanın bu addımının əsas məqsədi nədir? 

Bu açıqlama Kiyevə qarşı mümkün daha intensiv hərbi əməliyyatlarla bağlı mesaj kimi qiymətləndirilə bilərmi, yoxsa Moskva bununla sadəcə xarici dövlətləri mümkün təhlükələrə görə əvvəlcədən məlumatlandırır?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Anar İsayev açıqlama verib. 

Politoloq qeyd edib ki, məncə, Rusiyanın bu xəbərdarlığını yalnız xarici diplomatların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirmək düzgün olmaz:

"Moskvanın hərbi zərbələrin davam etdiriləcəyini xüsusi vurğulaması bu addımın həm hərbi, həm də siyasi-psixoloji məqsədlər daşıdığını düşünməyə əsas verir. İlk növbədə, Rusiya bununla Kiyevə və Qərb dövlətlərinə ciddi mesaj göndərir. 

Yəni Moskva hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını, zərurət yaranarsa, zərbələrin intensivliyini artırmaq imkanını özündə saxladığını nümayiş etdirir.
Xarici diplomatların şəhəri tərk etməsi ilə bağlı xəbərdarlıq həm də Kiyevdə təhlükəsizlik risklərinin artacağı barədə beynəlxalq ictimaiyyətdə təsəvvür formalaşdırmağa xidmət edə bilər. Digər tərəfdən, bu addımın praktiki və diplomatik tərəfi də var. 

Rusiya mümkün hücumlar ərəfəsində xarici dövlətləri məlumatlandırmaqla, sonradan mülki şəxslərin və diplomatik nümayəndələrin təhlükə altında qalmasına görə məsuliyyətin öz üzərinə düşmədiyini göstərməyə çalışır. Bu, eyni zamanda, qarşı tərəfə müəyyən psixoloji təzyiq vasitəsidir.

Həmçinin Kiyevə qarşı daha intensiv hərbi əməliyyatların başlanacağını da istisna etmək olmaz. Lakin təkcə bu bəyanata əsaslanaraq yaxın zamanda böyükmiqyaslı hücumun baş verəcəyini iddia etmək də doğru deyil.

Bunun üçün Rusiyanın hərbi qüvvələrinin hərəkəti, raket və pilotsuz uçuş aparatlarının cəmləşdirilməsi, eləcə də konkret hədəflərlə bağlı məlumatlar nəzərə alınmalıdır.

Düşünürəm ki, burada Rusiyanın əsas məqsədi təkcə hərbi zərbələr endirmək deyil, həm də həmin zərbələrin yaratdığı siyasi və psixoloji təsirdən istifadə etmək istəyidir. 

Moskva bununla Ukrayna hakimiyyətinə təzyiq göstərməyə, Qərb ölkələrinin risklərini artırmağa və müharibədə təşəbbüsün hələ də öz əlində olduğunu nümayiş etdirməyə çalışır.

Nəticə etibarilə, bu xəbərdarlıq həm təhlükəsizlik tədbiri, həm də siyasi-hərbi siqnal kimi qiymətləndirilməlidir. Bunun real hücum planının göstəricisi olub-olmadığını isə yalnız sonrakı hərbi addımlar müəyyən edəcək".

Pərvin Şakirqızı

Moderator.az Redaktor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Oktyabr 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri