Motosiklet İdman Federasiyasına yeni prezident seçilib FOTO
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gənclər və İdman Nazirliyinin inzibati binasında Motosiklet İdman Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
İdman.biz xəbər verir ki, tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Federasiya prezidenti Kür Səfərəliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.
Daha sonra federasiya rəhbərliyinə seçki keçirilib. Fuad Bağırov Motosiklet İdman Federasiyasının prezidenti seçilib. Sabir Babayev I vitse-prezident, Emil Quliyev vitse-prezident, Azər Əliyev və Rüfət Dadaşov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonda Fuad Bağırov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 30 May 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















