Motosiklet sürücülərindən ŞİKAYƏT EDİLDİ: Polis onları tapıb selfi çəkdirdi FOTO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Motosikletçi gənclərdən səs-küy şikayəti alan polis əməkdaşları onlarla şelfi çəkdirib.
Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib.
Məlumata görə, motosikletçi gənclərin səs-küy salması barədə 112 Təcili Zəng Mərkəzinə məlumat daxil olduqdan sonra bölgəyə polis əməkdaşları göndərilib. Verilən ünvana gələn polis, təxminən 20-25 gənc motosikletçinin ifadəsini alıb və onlarla maarifləndirici söhbətlər aparıblar.
Əməkdaşlar qüvvəyə minəcək yeni qanunlar və yol hərəkəti qaydalarına dair cərimələrin artırılması ilə bağlı da gəncləri məlumatlandırıblar. Yoxlamalar zamanı heç bir qayda pozuntusu ilə üzləşməyən polis əməkdaşları ərazini tərk edən zaman gənclər onlarla xatirə olaraq şəkli çəkdirmək istədiklərini deyiblər. Gənclərin sözlərini yerə salmayan asayiş keşikçiləri onlarla selfi çəkdirib.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 14 Mart 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















