Motosikletə çırpılmaqdan son anda yayınan sürücü vecsiz şəkildə yoluna davam etdi VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində qayda pozan sürücü qəza şəraitinə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 17-də səhər saatlarında qeydə alınıb. Belə ki, taksi faəliyyətiylə məşğul olan 77-RQ-947 dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobilin sürücüsü hərəkətdə olan nəqliyyat vasitələrinə əhəmiyyət vermədən geriyə manevr edib. Bu vaxt o, sağdan gələn motosikletə təhlükə yaradıb. Qəza riskiylə üzləşən sürücü siqnal verərək ona xəbərdarlıq etsə də sürücü dayanmayıb. Ardınca motosiklet sürücüsü qayda pozan maşına yaxınlaşaraq “Niyə elə edirsən? Yolunu gözlə də” deyərək ona iradını bildirib. Lakin “Ford”un sürücüsü onun iradına cavab belə vermədən hərəkətinə davam edib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 18 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















