Mourinyo Barselona ya psixoloji zərbə vurmaq istəyir
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Real"ın sükanı arxasına qayıtmağa hazırlaşan Joze Mourinyo gələn mövsüm üçün transfer siyahısını müəyyənləşdirib. Sport24.az "The İndependent" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin əsas hədəflərindən biri hazırda "Barselona"da çıxış edən Markus Reşforddur.
Mənbənin məlumatına görə, Mourinyo "Mançester Yunayted"dən yaxından tanıdığı ingilis hücumçunu "Real"ın yeni layihəsində əsas fiqurlardan biri kimi görür. Təcrübəli mütəxəssis bu transferin həm "Kral klubu"nu gücləndirmək, həm də "Barselona"ya psixoloji zərbə vurmaq məqsədi daşıdığı bildirilir. Reşfordun isə əsas məqsədi Katalonya klubunda qalmaqdır.
Qeyd edək ki, Markus Reşford bu mövsüm "göy-qırmızılar"ın heyətində keçirdiyi 48 rəsmi oyunda 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 19 May 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















