Mourinyo: Benfika Qarabağ a uduzan günün sabahı... Ali Koç məni maraqlandırmır
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
"Fənərbağça" ilə yollarını ayırdıqdan sonra "Benfika"nın baş məşqçisi təyin olunan Joze Mourinyo istanbul klubundakı prezident dəyişikliyinə və yeni komandasına təyinatı barədə iddialara özünəməxsus şərh verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, portuqaliyalı məşqçi "Rio Ave" ilə liqa matçı öncəsi mətbuat konfransında bu barədə sualı cavablandırıb.
Mourinyo artıq "Fənərbağça" ilə bağlı heç nəyin onu maraqlandırmadığını deyib: ""Fənərbağça"dakı seçkiləri məni qətiyyən maraqlandırmır. Əgər məndən soruşsanız ki, Ali Koç yenidən seçilmədiyinə sevinirəm, ya yox. İnanın, onun qalib gəlib-gəlməməsi məni qəti düşündürmür. Orada çox az vaxt, az empatiya və yorğunluq keçirdim. Ümid edirəm ki, orada qalan oyunçular üçün hər şey yaxşı olacaq."
"Fənərbağça"nın sükanı arxasında olarkın "Benfika" ilə oyuna istəksiz çıxmaları barədə suala gəlincə, o, bu cür iddiaları yersiz sayıb: "O vaxt "Benfika" prezidenti Rui Kosta və ya idman direktoru Mario Branko ilə heç bir əlaqəm olmayıb. Biz peşəkar adamlarıq. Mənim "Benfika" gəlişim necə olub? Deyim. "Qarabağ"ıa oyuna qədər klubla əlaqəm sıfır idi. "Benfika" "Qarabağ"a uduzduğu günü mən ailəmlə Barselonada idi, dincəlirdim. Həmin oyunun ertəsi gün "Benfika" klubunun prezidenti zıng etdi, danışmaq istədiyini dedi. Dedim, buyur, vaxtım var. Təklif verdi, razılaşdm və gəldim. Səmimiyyətimə inanarsınız, bura gəliş hekayəm belə olub".
Fərid
MİA.AZ


