Mourinyo istəyir ki, həmişə olduğum kimi qalım Vinisius Junior
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vinísius Junior "Real"ın mövsümöncəsi hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, braziliyalı vinger DÇ-2026-dakı çıxışından sonra istirahətini başa vuraraq artıq ikinci gündür komandanın düşərgəsindədir.
“Hər şey çox yaxşı keçdi. Yeni baş məşqçi və yeni futbolçularla tanış oldum, məşqlərdə səylə çalışdım. Joze Mourinyo istəyir ki, həmişə olduğum kimi qalım – xoşbəxt, pozitiv olum və öz futbolumu oynayım.
Mövsüm ərzində zədələrin sayını azaltmaq və bütün futbolçuların xidmətindən yararlana bilmək üçün fiziki cəhətdən yaxşı hazırlaşmalıyıq.
Dünən iki məşqimiz var idi, bu gün isə bir məşq keçdik. Belə hallar olur. Bu gün bir qədər idman zalında işlədik və ayaqlara düşən yükü artırmaq üçün qısa məşqlər etdik.
Yaxşı məşq keçdi, çox yorulduq. İndi isə sabahkı günə hazırlaşmaq üçün dincəlməyin vaxtıdır. Mövsümöncəsi hazırlıq məhz belə keçir. Biz tam hazır olmalıyıq”, – deyə Vinisius bildirib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 Avqust 2026 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















