Mourinyo Kasilyasla münaqişənin təfərrüatlarını açıqlayıb
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo "Real Madrid"in keçmiş qapıçısı və kapitanı İker Kasilyasla münaqişəsindən danışıb.
İdman.Biz xəbər verir ki, münaqişənin gedişində Mourinyo Kasilyası ehtiyat oyunçular skamyasına göndərib.
"Mən onlara dedim: "Barselona var, "Real Madrid" var. Milli komandada istədiyiniz qədər dost ola bilərsiniz, amma indi yox. Bu müharibədir. Qəbul etmədiyim və heç vaxt etməyəcəyim şeylər var. Kimsə mənə hörmət etməyəndə isə bu, problemə çevrilir.
Kasilyasla ilk dəfə danışanda o, milli komandadan gələn oyunçulara daha çox istirahət verməyimi istədi. İkinci dəfə məşq etmək istədiyim vaxt Madriddə sıx tıxac olduğu üçün məşqi bir saat təxirə salmağımı istədi. Üçüncü dəfə danışanda isə mənə dedi: "Otelə getmək istəmirik. Oyun günü görüşməyi və birbaşa stadiona oynamaq üçün getməyi üstün tuturuq." Tezliklə başa düşdüm ki, futbolçular ərköyünləşibılər", - deyə Mourinyo özü haqqında sənədli filmdə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 12 Avqust 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















