Mourinyo Portuqaliya millisinə rəhbərlik edə bilər
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin "Fənərbağça" komandasının baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinə rəhbərlik edə bilər.
Axar.az Teleqraf-a istinadən məlumatına görə, Portuqaliya Futbol Federasiyası (FPF) 62 yaşlı mütəxəssisin yığmaya baş məşqçi təyinatında maraqlıdır.
FPF hesab edir ki, ölkə millisi 2026-cı il dünya çempionatına maksimal təminatla yanaşa bilər. Qurum Mourinyo ilə müqaviləni vaxtından əvvəl pozmasından ötrü "Fənərbağça"ya kompensasiya ödəmə variantını da nəzərdən keçirir.
Hazırda Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesdir.
Qeyd edək ki, daha əvvəl Joze Mourinyo ilə Braziliya yığmasının da maraqlandığı bildirilib. Portuqaliyalı mütəxəssis Türkiyə komandasına 2024-cü ilin yayından rəhbərlik edir. Onun müqaviləsi 2026-cı il iyunun 30-dəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 Aprel 2025 01:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















