Icma.az
close
up
RU
Mourinyodan növbəti biabırçılıq klub rəsmisini tanımadı!

Mourinyodan növbəti biabırçılıq klub rəsmisini tanımadı!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Çempionlar Liqasının pley-offunda cavab oyunları keçirilir. Dünən ''Kayrat'' sensasiyon uğuru ilə bütün türk dünyasını sevindirdi. Bu gün isə sıra ''Qarabağ'' və ''Fənərbaxça''dadı. Təmsilçimizdən fərqli olaraq İstanbul nəhənginin işi çox çətin görünür. Çünki evdəki ilk oyundan qolsuz bərabərliklə ayrılan ''Fənər'' bu dəfə ''Benfika''nı səfərdə yenmək məcburiyyətindədi. Bu qarşılaşmadan öncə çox maraqlı fikirlər səslənib. Məsələn, ''Fənər''in vitse-prezidenti Hamdi Akın istanbulluların lissabonluları məğlub edəcək gücdə olduğunu vurğulayaraq bunları deyib: ''Bu oyunda hər şey mümkündü. Mərhələni adlaya bilərik. Özü də çox rahat şəkildə. Niyə də olmasın? ''Benfika''da qeyri-adi nə var? İlk oyunda onların oyununu hamımız gördük. Çox da önəmli komanda deyil. Bərabər səviyyəli bir oyun olacağını düşünürəm''. Oyunöncəsi mətbuat konfransında ''Fənər''in çalışdırıcısı Joze Mourinyoya klub rəsmisinin bu sözləri barədə sual ünvanlandı. Mourinyo tək özünü yox, həm də ''Fənərbaxça''nı biabır edərək bir ildən çoxdu işlədiyi klubun vitse-prezidentini tanımadığını bildirdi: ''Bu matçın asan və ya çətin keçəcəyinə dair açıqlamalar verən şəxsi tanımıram. Bu sözlər komandamızın oyununa təsir etməyəcək. Bəlkə də bu açıqlamaları klub daxilində və ya rəhbərlikdə ona nüfuzunu gücləndirmək üçün yardım edəcək. Amma mən bu insanın heç adını belə eşitməmişəm''. Portuqaliyalı mütəxəssis tək bu biabırçılıqla kifayətlənmədi. O, transfer mövzusunda da ''Fənər'' rəhbərliyini yerin dibinə soxmaqdan çəkinmədi: ''Kərəm Aktürkoğlunun transferi barədə düşünmürəm. Rəhbərliyin ''Benfika''ya qarşı hər iki oyunda mənim imkanlarımı genişləndirmək üçün xüsusi nəsə etdiyini düşünmürəm. ÇL-ə qatılmaq bu klub üçün həyati əhəmiyyət kəsb etsəydi, ''Feyenoord'' səddi keçildikdən sonra ''Benfika'' ilə oyuna qədər olan müddətdə transferdə yeni bir şeylər olardı. ''Feyenoord'' ilə matçda güvəndiyim futbolçular bu dəfə də meydanda olacaq. ÇL-in əsas mərhələsinə qatılmaq ''Fənərbaxça'' üçün həm nüfuz, həm də maddi baxımdan önəmlidi. Amma ÇL-ə qatılsaq, hədəflərimiz müəyyən çərçivə daxilində olacaq. AL-ə qatıldıqda isə hədəflərimiz böyüyəcək. ''Benfika'' ilə eyni heyətə malik deyilik. Bir məşqçinin rəqibə sürpriz etməsi üçün lazım olan imkanlar mənim əlimdə yoxdu. Seçim imkanımız sürpriz edəcək qədər geniş deyil. Daha öncə ''Da Luj''da heç vaxt uduzmamışam. Çünki bura güclü klublarla - ''Portu'' və ''Mançester Yunayted'' ilə gəlmişdim''.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Avqust 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri