Icma.az
close
up
RU
“Mövcud qanunvericliyimiz rəqəmsal təhlükələrin qarşısını almaq üçün yetərlidirmi?“

“Mövcud qanunvericliyimiz rəqəmsal təhlükələrin qarşısını almaq üçün yetərlidirmi?“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna təklif edilən yeni maddə 13-2.3.6-1 qadağan olunan informasiyaların əhatə dairəsini genişləndirir və internet informasiya ehtiyatının və onun domen adının sahibindən və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadəçisindən aşağıdakı informasiyanın yayılmasına yol verməməyi tələb edir:

“Kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxdud insan bədəninin hissələrinin əxlaq və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar”.

Gündəliyin növbəti məsələsində müzakirə edəcəyimiz İnzibati Xətalar Məcəlləsində isə bu qanun pozuntularına görə inzibati məsuliyyət, o cümlədən 500 manatdan 1000 manadək cərimə nəzərdə tutulur. 

Əlbəttə, təklif olunan dəyişiklər bu sahədə olan hüquqi boşluğun bir hissəsini aradan qaldırmağa, ictimai mənaviyyatı və əxlaq normalarını, milli mənəvi dəyərləri qorumağa yönəlib və mən bu təkliflərin hamısını dəstəkləyirəm.

Lakin düşünürəm ki, bu dəyişiklə nəzərdə tutuduğumuz məqsədə nail olmaq üçün məsləyə daha geniş baxmalı, indi olmasa da, yaxın gələcəkdə həm bu qanuna, həm də digər müvafiq qanunvericliyə bir sıra tamamlayıcı əlavələrin edilməsinə və ictimaiyyəti narahat edən bir çox suallara aydınlıq gətirilməsinə ciddi ehtiyac var.

Məsələn, xaricdə məskunlaşıb sosial şəbəkələrdə, xüsusilə yutub, facebook, instaqram və tiktok kimi rəqəmsal platformalardan istifadə edərək ictimai mənəviyyatı, vətəndaşları və dövlət adamlarını əxlaqsız ifadələrlə açıq təhqir edən şəxslər və ya bu cür kontentin yayılmasına şərait yaradan Meta, yutub və tiktok kimi xarici şirkətlərin məsluyyəti necə müəyyən ediləcək?

Və yaxud mövcud qanunvericliyimiz rəqəmsal təhlükələrin qarşısını almaq üçün yetərlidirmi?

Mənə elə gəlir ki, bu iki sual müzakirə etdiyimiz qanun layihəsi kontekstində cəmiyyəti düşündürən və narahat edən əsas məsələlərdəndir.

Bu cür problemlərin ən effektiv həlli üçün ilk növbədə  adlarını çəkdiyim xarici şirkətlərin, yəni Meta, Yutub və Tiktok kimi şirkətlərin üzərinə qanunvericlik səviyyəsində öhdəliklər qoyulmalıdır. 

Artıq danılmaz faktdır ki, bu şirktlərin idarə etdiyi sosial media platformaları dövlət sərhədləri daxilində fiziki olaraq mövcud olmasalar da, ölkəmizin informasiya təhlükəsizliyinə, ictimai asayişinə, milli maraqlarına və xüsusilə də uşaqların və yeniyetmələrin rəqamsal təhlükəsizliyinə birbaşa təsir edirlər. Üstəlik, onlar  komersiya şirkətləri kimi Azərbaycanın reklam bazarından  kifayət qədər gəlir əldə edirlər. 

Lakin bu şirkətlər Azərbaycanda qeydiyyatsıq, hüquqi status əldən etmədən fəaliyyət göstərir və rəqəmsal təhlükəsizliyimizə yaratdıqları risklərdən və təhdidlərdən birbaşa məsuliyyət daşımırlar.  

Hesab edirəm ki, milli təhlükəsizliyimiz və rəqəmsal suverenliyimiz naminə Meta, Yutub və Tiktok kimi xarici şirkətlərə qanunvericilik səviyyəsində aşağıdakı öhdəliklər qoyulmalıdır: 

1. Azərbaycanda rəsmi nümayəndəliyin və ya hüquqi təmsilçiliyin açılması, rəsmi hüquqi şəxs kimi qeydiyyatdan keçmə məcburiyyəti.

Bu nümayəndə və ya təmsilçilik dövlət sorğularının icrası, kontentin silinməsi, məhkəmə qərarlarının tətbiqi və istifadəçi təhlükəsizliyinə görə cavabdeh olmalıdır.

2. Dövlətin təqdim etdiyi sorğulara 24–48 saat ərzində cavablandırmaq öhdəliyi və qanunla qadağan olunmuş kontentlərin 24 saat ərzində silinməsi mexanizminin müəyyən edilməsi. Billiriniz ki, hazırkı təcrübədə bu cür kontentlərin silinməsi üçün fərdi, kollektiv və müvafiq dövlət qurumları tərəfindən edilmiş müraciətlərə demək olar ki, baxılmır. Çünki onlar ölkə qanunları qarşısında məsuliyyət daşımır.  

3. Uşaqlar və yeniyetmələr üçün ayrıca alqoritmik təhlükəsizlik tələbləri.

Çünki alqoritmlər uşaqların həyatına, davranışına və psixologiyasına faktiki olaraq valideynlərdən daha çox təsir edir. Belə ki, alqaritmlər vasitəsilə uşaqlar manipulyasiya olunur, təhlükəli kontentlə qarşılaşır,psixoloji asılılıq yaranır. 

Əgər qanunvericilik səviyyəsində bu cür  öhdəlik müəyyən edə bilsək, o zaman  bu öhdəlikləri pozan şirkətlərə təzminat iddiları qəldırıla, müxtəlif sanksiyalar, maliyyə cərimələri və reklam məhdudiyyətləti tətbiq edilə bilər.

Bu gün Böyük Britaniya, Avropa İttifaqı, Avstraliya və ABŞ-ın bir çox ştatları o cümlədən bizə dost və qardaş ölkələr Türkiyə, Qazaxıstan qlobal sosial paltformların sahibləri olan şirkətlərə qanunvericlik səviyyəsində bu cür öhdəliklləri tətbiq edirlər.

Bundan başqa, rəqəmsal təhlükələri vaxtında zərərsizləşdirmək üçün milli qanunveriliyimizə rəqəmsal asılılıq, rəqəmsal manipulyasiya, rəqəmsal klonlaşdırma, alqoritmik təhlükəsizlik kimi vacib anlayışları daxil etməli və onların qarşısını almaq üçün hüquqi mexanizmlər müəyyənləşdirməliyik. 

Məlum olduğu kimi, təkcə son dövrlər onlarla dövlət başçısı, siyasətçi və ictimai xadim rəqəmsal klonlaşmanın qurbanına çevrilib, səsin klonlaşdırılması nəticəsində çoxlu sayda maliyyə dələduzluğu faktları qeydə alınıb.  

Bu tələblərin və anlayışların qanunvericiliyə gətirilməsi Azərbaycanın rəqəmsal suverenliyinin və təhlükəsizliyinin təmin edilməsi, həmçinin milli maraqların və gələcək nəsillərin müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.

Sonda bir təklifi də səsləndirmək istərdim.

Hörmətli xanım Sədr,

Sizin təşəbbüsünüzlə Milli Məclisdə bu kimi həssas məsələlər üzrə ictimai dinləmələrin keçirilməsi artıq yaxşı və səmərəli bir ənənəyə çevrilmişdir. Bu baxımdan, təklif edirəm ki, münasib vaxtda Milli Məclisdə profil komitələrin, müvafiq dövlət qurumlarının, mütəxəssislərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə rəqəmsal təhlükəsizliyin mövcud vəziyyətinə həsr olunmuş ictimai dinləmənin təşkili məsələsi nəzərdən keçirilsin.

Əminəm ki, belə bir dinləmənin keçirilməsi bu sahədə  qarşıda duran vəzifələrin dəqiq müəyyən edilməsinə mühüm töhfə verə bilər.

Diqqətinizə görə əvvəlcədən təşəkkür edirəm".

Azay Quliyev,

millət vəkili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see210

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see195

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see184

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see183

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see149

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri