Icma.az
close
up
RU
İkili standartlar və selektiv yanaşma mövcud təhlükələrin əsas mənbəyidir

İkili standartlar və selektiv yanaşma mövcud təhlükələrin əsas mənbəyidir

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İkinci Dünya müharibəsindən sonra formalaşan və ötən 80 il ərzində mövcud olmuş dünya nizamı dəyişmək üzrədir. Köhnə qaydalar artıq işə yaramır, yenilərinin qəbulu isə müqavimətlə üzləşir, ticari əlaqələr də daxil olmaqla kifayət qədər geniş spektri əhatə edir. Fundamental  transformasiya prosesi həm də onunla müşayiət olunur ki, bugünədək monolitliyi şübhə doğurmayan ənənəvi müttəfiqlik modelləri qarşılıqlı etimadsızlıq səbəbindən içəridən sarsılır, fərdi maraqlar ortaq öhdəlikləri üstələməyə başlayır. Bir daha məlum olur ki, aparıcı beynəlxalq təsisatların əksəriyyəti yeni çağırışlara effektiv cavab verə bilmir. Çünki ya olduqca zəif, ya da tamamilə iflic vəziyyətindədirlər. Ən başlıcası, bu gerçək mənzərə bir günün, yaxud bir ilin deyil, illərlə yığışan ziddiyyətlərin və onlara qeyri-adekvat, gecikmiş münasibətin birbaşa nəticəsidir. Belə bir vəziyyətdə yeni qaydalarda öz baxış və maraqlarını təsbit etmək istəyən əksər qurumlar, hətta aparıcı aktorlardan bir çoxu uğursuzluğa düçar olur, ABŞ kimi daha böyük gücün iddiaları ilə hesablaşmağa məcbur qalır. 

Prezident İlham Əliyevin iştirakı ilə aprelin 9-da ADA Universitetində keçirilən sayca yeddinci beynəlxalq Forumun “Yeni dünya nizamına doğru”  mövzusuna həsr edilməsi hazırkı və gələcək vəziyyətin müzakirəsi  baxımından olduqca əhəmiyyətlidir. Forumda xarici ölkələrdən olan 80 ekspert və alimin iştirakı, nüfuzlu qonaqların yarıdan çoxunun bu mötəbər tədbirə ilk dəfə qatılması onun göstəricisidir ki, ADA-nın təşkil etdiyi beynəlxalq platformalar xarici auditoriyanın diqqətini ildən-ilə daha çox cəlb edir. Bu mötəbər tədbirin özəl və üstün cəhəti həm də ondadır ki, Azərbaycan Prezidenti ənənəvi olaraq Forumda iştirak edir və qlobal gündəliyin ən aktual mövzuları ilə bağlı siyasi vizyonunu təhrifə yer qoymadan nüfuzlu auditoriyanın diqqətinə şəxsən çatdırır. Heç şübhəsiz ki, Cənubi Qafqazda yeni geosiyasi reallığın müəllifi olan Azərbaycan Prezidenti tərəfindən bu cür platformalarda səsləndirilən mesajlar dünyanın aparıcı beyin mərkəzlərinin və media qurumlarının diqqətini dərhal cəlb edir, ciddi müzakirə və şərhlərə səbəb olur. 

O da həqiqətdir ki, Prezidentin əsasən beynəlxalq aktorlara ünvanladığı mesajlar cəmiyyətimiz tərəfindən də xüsusi həssaslıqla qarşılanır. Çünki Azərbaycan uzun illər ərzində məlum dairələrin ayrı-seçkilik siyasətindən əziyyət çəkib, milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün həyatının ağır məhrumiyyətlərini yaşamalı olub. Xalqımız artıq yaxşı bilir ki, bütün bu məhrumiyyətlərin, üzləşdiyi haqsızlığın əsas səbəbi böyük dövlətlərin yürütdüyü ikili standartlar və selektiv yanaşma siyasəti ilə bağlıdır. Məhz bu cür riyakarlığa görə  ATƏT-in Minsk qrupu 28 il ərzində ədaləti bərpa etmək əvəzinə, işğalçı Ermənistanın maraqlarına xidmət göstərib. BMT Təhlükəsizlik Şurasının Azərbaycana aid məlum dörd qətnaməsi isə elə eyni səbəbdən 27 il boyunca kağız üzərində qaldı. Bu illər ərzində xalqımız onun da şahidi olub ki, coğrafiyalardan, yaxud etnik və dini təəssübkeşlik amilindən asılı olaraq, eyni mahiyyətli münaqişələrə tamam fərqli münasibət göstərilib. Bu gün Ukraynada separatizmin yolverilməz olduğunu bir ağızdan bəyan edənlərin bir çoxu vaxtilə erməni separatçılarına hərbi, siyasi və maliyyə dəstəyini əsirgəmirdilər. Əvvəllər bunu gizlətsələr də, indi onların maskası yırtılıb və əsl simaları üzə çıxıb. Həmin dairələr Ukraynada  separatçıların zərərsizləşdirilməsini, həbsini və hətta beynəlxalq tribunala verilməsini təşviq etdikləri halda,  eyni cinayətlərə görə mühakimə olunan erməni separatçılarına utanmadan azadlıq tələb edirlər. Üstəlik, beynəlxalq media resurslarında ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası aparır, AŞPA və Avropa Parlamenti kimi qurumların vasitəsilə Azərbaycanı qərəzli qətnamələrlə hədəf seçirlər. 

Bu cür riyakar siyasətin arxasında dayananlar hələ də etiraf etmək istəmirlər ki, beynəlxalq hüququn gözdən düşməsi və hüququn aliliyinə bəslənilən ictimai inamın sarsılması elə onların yürütdüyü selektiv yanaşmanın  nəticəsidir.Təhlükəsiz dünya nizamının bugünkü vəziyyətə düşməsi də onların belə ”xidmətləri” ilə birbaşa bağlıdır. İkili standartlar siyasətinin əsas müəllifləri “demokratiya, insan haqları və söz azadlığı” pərdəsi altında açıq-aşkar görünən elə ayrı-seçkilik hallarına yol veriblər ki, bu gün onların hətta “düz sözü” də inamsızlıqla qarşılanır. Çünki bu dairələr uzun onilliklər ərzində öz maraqlarını beynəlxalq hüquqa uyğunlaşdırmaq əvəzinə, hüququn aliliyini öz istək və arzularına qurban veriblər. Bu riyakar siyasətin dünya nizamı üçün təhlükəli fəsadları artıq göz qabağındadır.

Təəssüf ki, eyni siyasət hələ də davam etdirilir, xüsusilə Azərbaycana qarşı. Bir vaxtlar Ermənistanın işğalçılıq siyasətinə və erməni separatizminə açıq və ya gizli şəkildə dəstək verənlər, indi qlobal iqtisadi layihələrdə belə, erməni təəssübkeşliyini gizlətmirlər. Onlardan biri Orta Dəhlizlə bağlıdır. Hər vəchlə çalışırlar ki, Dəhlizin gələcəyini Ermənistanın maraqları ilə əlaqələndirsinlər. Prezident İlham Əliyev Forumda bu məsələyə xüsusi diqqət ayırdı və həmin siyasətin arxasında dayanan dairələrə açıq mesajını verdi: ”Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz. Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı-bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil... Gürcüstan haqqında isə bir kəlmə belə deyilmədi. Sanki Gürcüstan mövcud deyil. Bu, ədalətsizlikdir”.

Prezident İlham Əliyevin Forumda istər regional, istər qlobal gündəliklə bağlı bildirdiyi fikirlər bir daha təsdiq etdi ki, üzləşdiyimiz haqsızlıqlara, ölkəmizə və Prezidentin şəxsən özünə qarşı davamlı şəkildə aparılan qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da tarixi və milli-mənəvi dəyərlərinə sadiq qalaraq, güclünün yox, haqlının tərəfində olacaq, ədaləti və beynəlxalq hüququ üstün tutacaq. Prezidentin “Rusiya-Ukrayna müharibəsində Azərbaycanın mövqeyi” ilə bağlı suala  cavabı bu mənada xüsusi diqqət çəkir. Prezident İlham Əliyev ölkəmizin mövqeyini belə ifadə etdi: “Birincisi, Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı mövqeyimizə gəldikdə, biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq”.

Azərbaycan Prezidentinin Türkiyə-İsrail münasibətlərində ölkəmizin vasitəçilik rolu ilə bağlı səsləndirdiyi fikirlər indiyədək rəsmi səviyyədə ictimailəşdirilməmişdi. Prezident ilk dəfə bildirdi ki, qardaş Türkiyə ilə dost İsrail arasında ilk böhranın yarandığı vaxt Azərbaycan normallaşma prosesinə əməli töhfə verən aparıcı ölkələrdən biri olub. Dövlətimizin başçısı hazırkı böhranın aradan qaldırılmasında da Azərbaycanın öz səylərini əsirgəməyəcəyini açıq şəkildə bəyan etdi. 

Prezidentin Ukrayna, Gürcüstan, İran, Yaxın və Uzaq Şərq, Mərkəzi Asiya regionu, Türkiyə-İsrail münasibətləri, habelə Avropa təsisatları ilə bağlı mesajları bu gerçəkliyi bir daha təsdiq etdi: Azərbaycan yeni dünya düzəninin formalaşması prosesinə, bir çoxlarından fərqli olaraq, seyrçi gözü ilə baxmır. Ölkəmizin real imkanları, beynəlxalq hüquq normaları və tarixi ədalət prinsipi əsasında Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıq, ən başlıcası, Prezident İlham Əliyevin praqmatik siyasətə söykənən dövlətçilik təcrübəsi və dünyanın aparıcı liderləri ilə illərin sınağından çıxmiş, qarşılıqlı etimada söykənən şəxsi əlaqələri Azərbaycanın yeni çağırışları fürsətə çevirmək imkanlarını əhəmiyyətli dərəcədə artırır. Bunu görməyən və ya bu reallıqla barışmaq istəməyən dairələr, kimliyindən və hansı coğrafiyada yerləşməsindən asılı olmayaraq, gec-tez Azərbaycanın real potensialı və yeni dünya nizamına təsir imkanları ilə barışmalı olacaq. Bu gerçəkliyi görməzdən gələnlərin diqqətinə ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə təbrik məktubundan kiçik bir hissənin çatdırılması tam yerinə düşür: “Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.   

Ülvi Quliyev

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Aprel 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see187

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see142

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see130

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see126

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see125

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri