Icma.az
close
up
RU
Mövcud reallıqlar Azərbaycanın qlobal çağırışlara uyğun siyasət yürütdüyünü təsdiq edir

Mövcud reallıqlar Azərbaycanın qlobal çağırışlara uyğun siyasət yürütdüyünü təsdiq edir

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Uğurlu xarici siyasət, ölkəmizin dinamik inkişafı, regional və qlobal əməkdaşlığa davamlı töhfələr verməsi Azərbaycana bütün dünyada böyük nüfuz qazandırıb. O cümlədən, respublikamızla Avropa İttifaqı məkanına daxil olan ölkələr arasında münasibətlər keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. Dekabrın 8-də Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri də bu baxımdan xüsusi vurğulanmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanla Avropanın ayrı-ayrı dövlətləri arasında ikitərəfli siyasi dialoq və tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir. İndiyədək Azərbaycanla Aİ üzvü olan bir sıra dövlətlər arasında strateji tərəfdaşlıq haqqında sazişlər imzalanıb. Eyni zamanda, ikitərəfli iqtisadi əlaqələr də qənaətbəxşdir. Respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. İttifaqın region ölkələri ilə ticarət dövriyyəsinin 2/3-si Azərbaycanın payına düşür.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri, səfər zamanı müzakirə olunan məsələlər daha bir Avropa ölkəsi ilə yüksək əlaqələrimizin inkişafının göstəricisidir. Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən ilin may ayında Bakıda Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Bəyannamə Azərbaycan-Slovakiya gələcək əməkdaşlığının perspektivlərini müəyyən edir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu məsələ də liderlərin görüşü zamanı diqqət mərkəzində oldu. Məlumdur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandum imzalanıb. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı isə yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Yalnız ötən il Azərbaycan Aİ ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Ölkəmizin xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükü Avropanın enerji şaxələndirilməsi baxımından vacib alternativ mənbə hesab olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək: “Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur”.
Sevinc Fətəliyeva qeyd edib ki, iki ölkə arasında müdafiə sənayesi və hərbi sahədə də əməkdaşlıq diqqət mərkəzində olub. Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq ölkəmiz üçün böyük faydalar verəcək. Hər iki ölkənin lideri bu istiqamətdə müvafiq layihələrin reallaşmasını dəstəkləyiblər. Eyni zamanda, Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası işinə qoşulması dost münasibətdir. Belə ki, Ağdam rayonunun Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra olunur. Bu fakt həm böyük rəmzi məna daşıyır, həm də qarşılıqlı əlaqələrimizin yüksələn xətlə inkişafının göstəricisidir.
“Bütövlükdə, Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə arasında əlaqələrin gücləndirilməsinin göstəricisi olmaqla yanaşı dövlətimizin beynəlxalq miqyasda artan nüfuzunun ifadəsidir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see198

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see194

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see159

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see135

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri