“Mövsümün gedişində də işə başlamağa hazıram”
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyalı mütəxəssis Antonio Konte İngiltərə Premyer Liqası klublarının maliyyə üstünlüyü barədə maraqlı fikirlər səsləndirib.
Futbolpress.az xəbər verir ki, 57 yaşlı məşqçi Avropanın heç bir liqasının Premyer Liqa klubları ilə maliyyə baxımından rəqabət apara bilmədiyini diqqətə çatdırıb:
“İngiltərədə sanki bazukadan atəş açırlar, digər ölkələrdə isə hələ də tapançadan istifadə edirlər. Lakin büdcəni ağıllı şəkildə xərcləmək lazımdır. Biz addım atmadan öncə situasiyanı düzgün qiymətləndirməyin və aydın baxışa sahib olmağın vacibliyini vurğulayırıq. Çünki pulun ola bilər, amma əsas məsələ onu doğru yönləndirməkdir”.
İngiltərədə əvvəllər “Çelsi” və “Tottenhem”i çalışdırmış təcrübəli mütəxəssis 2016-2018-ci illərdə “zadəganlar”la Premyer Liqa çempionluğu və İngiltərə Kubokunu qazanıb. Ötən mövsümün sonunda “Napoli”dən ayrıldıqdan sonra klubsuz qalan Konte münasib təklif olacağı təqdirdə mövsümün gedişində də işə başlamağa hazır olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 Oktyabr 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















