Icma.az
close
up
RU
Biləsuvar rayonunda Aqrar Biznes Festivalı və toxum sərgi satış yarmarkası keçirilib

Biləsuvar rayonunda Aqrar Biznes Festivalı və toxum sərgi satış yarmarkası keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Biləsuvar rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, toxum bazarının formalaşdırılması, innovativ texnologiyaların tətbiqi ilə toxumçuluqda məhsuldarlığın yüksəldilməsi, sahənin elmi əsaslarla inkişaf etdirilməsi, eyni zamanda, fermerlərin sertifikatlaşdırılmış toxumlara əlçatanlığının təmin olunması məqsədilə keçirilən yarmarkada Biləsuvar və Cəlilabad rayonundan toxumçu fermerlər, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər.

Rəsmi açılış mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qeyd edib ki, aqrar sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılması məqsədilə bu kimi festivallarn və sərgi-satış yarmarkalarının təşkili fermerlərin peşəkar biliklərinin artırılmasına, məhsuldarlığın yüksəldilməsinə və sahibkarlıq fəaliyyətinin genişlənməsinə mühüm töhfə verir. O, həmçinin bildirib ki, bölgədə kənd təsərrüfatının bütün sahələri kimi toxumçuluğun inkişafına da xüsusi önəm verilir və təşkil olunan sərgi-satış yarmarkası yerli və ətraf rayonlardan olan fermerlərin keyfiyyətli toxum əldə etməsinə geniş imkanlar yaradır.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında aqrar sahədə keçirilən festival və sərgilərin əhəmiyyətini vurğulayaraq bildirib ki, il ərzində müxtəlif bölgələrdə təşkil olunan Aqrar Biznes festivalları və toxum sərgi-satış yarmarkaları yalnız maarifləndirici xarakter daşımır, həm də dövlət və özəl sektor arasında tərəfdaşlığın formalaşmasına müsbət təsir edir. O əlavə edib ki, Biləsuvar rayonunda keçirilən toxum sərgi-satış yarmarkası bu silsilədən mövsümün sayca 7-ci tədbirdir.

Daha sonra iştirakçılar sərgi stendlərinə baxış keçirərək təqdim olunan toxum sortları və müxtəlif aqrar məhsullarla tanış olublar.

Yarmarkada toxum istehsalçıları ilə yanaşı, müxtəlif dövlət qurumları və özəl şirkətlər də iştirak ediblər. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi vahid stenddə regionlara uyğun sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri nümayiş etdirilib, fermerlərə torpaq-iqlim şəraitinə uyğun toxum seçiminin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu bölgədə “Almeria”, “Ləyaqətli-80”, “Yubiley-90”, “Mətin”, “Balaton”, “Lider” yumşaq buğda sortları, eləcə də “Göytəpə”, “Xudafərin” bərk buğda sortları, “Cəlilabad-19”, “Dəyanətli” , “Finola” arpa sortlarının əkin materialı kimi istifadəsi daha məqsədəuyğundur. Mütəxəssislər tərəfindən müraciət edən fermerlərə aqrotexniki məsləhətlər verilib, sertifikatlaşmış toxumlardan istifadənin üstünlükləri barədə danışılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri