Mövsümün sonuna qədər diskvalifikasiya edildi
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Yuventus"un müdafiəçisi Pyer Kalulu cəzalandırılıb.
QOL.az xəbər verir ki, o, İtaliya A Seriyasının 36-cı turunda "Latsio" ilə keçirilən oyunda (1:1) qırmızı vərəqə aldığına görə iki oyunluq diskvalifikasiya edilib. Fransalı futbolçu görüşün 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə birbaşa "qırmızı" alıb.
Beləliklə, "Yuventus" mövsümün sonuna qədər Pyer Kalulusuz qalacaq. Müdafiəçinin cəzası A Seriyasının 37-ci turunda "Udineze"yə və sonuncu — 38-ci turda "Venesiya"ya qarşı matçlara şamil olunacaq.
Qeyd edək ki, Pyer Kalulu Turin klubunda icarə əsasında çıxış edir. O, "Milan"a məxsusdur. Hazırkı mövsümdə futbolçu 39 oyuna çıxaraq 1 qol vurub.
Bu mövzuda digər xəbərlər:Füllkruq mövsümün sonuna qədər İtaliyada RƏSMİ
02 Yanvar 2026 18:14
Mövsümün sonuna qədər matçları azarkeşlərsiz keçirəcəklər
05 May 2026 22:41
Barselona nın yarımmüdafiəçisi mövsümün sonuna qədər oynamayacaq
18 Mart 2025 19:55
Yeni tranfer zədələndi mövsümün sonuna qədər oynamayacaq
16 Fevral 2026 19:34
Barselona mövsümün sonuna qədər Yamalı itirə bilər
23 Aprel 2026 11:16
Baxış sayı:121
Bu xəbər 13 May 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















