Icma.az
close
up
RU
Mövsümünə görə təkər seçmək... Təkərin üzərindəki rəqəmlər və ya hərflərin anlamı nədir? Video

Mövsümünə görə təkər seçmək... Təkərin üzərindəki rəqəmlər və ya hərflərin anlamı nədir? Video

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Avtomobiliniz üçün düzgün və ya mövsümə uyğun təkər seçmək üçün təkərdəki rəqəmlərin və hərflərin mənasını bilmək önəmlidir. Yəqin ki, avtomobilinizin təkərində və ya hər hansı təkərdə bəzi rəqəmlər və hərflər gözünüzə dəyib. Bu rəqəmlər təkərin ölçüləri haqqında məlumat verir.Təkərin üzərindəki rəqəm və hərflər nə anlama gəlir?

Məsələn; təkərin üzərində “175/75 R 20 92 T” yazılıb.

175: Təkər dişlərinin eni;

75: Yan divar eninin şin protektorunun eninə nisbəti;

R: Təkərin radial (dişli) olduğunu göstərir. 20: Təkərin daxili diametri, təkər ölçüsü;

92: Təkərdəki yük indeksidir.

T: Beynəlxalq maksimum sürət həddi göstəricisidir.

Eyni zamanda təkərlərin üzərində müxtəlif hərf kodları da olur. Onların mənalarını aşağıdakı kimi ümumiləşdirə bilərik.

L: Borusuz;

TT: Boru Tipi (daxili boru ilə);

RF: Gücləndirici (gücləndirilmiş);

XL: Əlavə yük. Yuxarıda göstərilənlərə əlavə olaraq, təkərdə qar kristalı izi varsa, bu onun qış təkəri olduğunu göstərir.

Sürət həddi də hərflərlə göstərilir.

Hansı hərf hansı sürət həddinə uyğundur?

Məsələn; J hərfi 100 km/saat sürətlənməni, K hərfi 110 km/saat sürətlənməni, L hərfi 120 km/saat sürətlənməni, T hərfi isə 190 km/saat maksimum sürəti göstərir.

Təkərlərin üzərində istifadə müddəti yazılmır. Çünki avtomobil təkərlərinin istifadə müddətini əvvəlcədən müəyyən etmək çətindir. Avtomobil təkərinin istifadə müddəti bilavasitə onun necə və nə qədər istifadə edildiyi və saxlanma şəraiti kimi amillərdən asılıdır. Amma təkərin üzərində istehsal tarixi yazılmalıdır.

Təkər alarkən, istehsal tarixini yoxlamaq tövsiyə olunur. 2 ildir istehsal olunmuş təkərlər əvəzinə daha yeni təkərlər seçməyi tövsiyə edə bilərik. Məsələn; üzərində 4020 yazılmış təkər 2020-ci ilin 40-cı həftəsində istehsal olunub. Bununla yanaşı bəzi hərflər təkərlərin hansı avtomobil tipi üçün olduğunu da müəyyən edir.

P: Sərnişin avtomobili;

LT: Yük maşını;

C : Ticarət maşını furqonunun təkəri;

XL, HL və ya gücləndirilmiş: Ölçülərinə görə normaldan daha yüksək yükləmə qabiliyyəti olan təkərlər. Belə təkərlər ekvivalentləri ilə əvəz edilməlidir (məsələn: HL təkəri başqa HL təkəri ilə əvəz edilə bilər)

T: Müvəqqəti (ehtiyat təkər)

Təkər seçərkən təkərdəki hərfləri və rəqəmləri yoxlayın və avtomobilinizin istehsalçısı tərəfindən verilən məlumata əsasən seçin. Təkər təzyiqinin yoxlanılmasına laqeyd yanaşmayın və təkər təzyiqini avtomobilinizə uyğun tənzimləməyi öyrənin.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:543
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 İyul 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri