MPL: ən yaşlı heyət kimdədir?
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasında ən gənc heyətə sahib komanda “Şamaxı”dır.
Futbolpress.az-ın məlumatına görə, bölgə təmsilçisinin yaş ortalaması 24.3-dür. Komandanın ən yaşlı oyunçusu qapıçı Rikardo Fernandesdir. Onun 31 yaşı var.
İkinci sırada “İmişli” qərarlaşıb. “Pələnglər”də bu rəqəm 24.5-dir. “Üçlüy”ü 25.1 ortalama ilə “Sumqayıt” tamamlayır.
Liqanın ən yaşlı heyəti isə “Turan Tovuz”dadır. Qərb təmsilçisinin yaş ortalaması 29.7-dir. Komandanın əsas heyət üzvləri Roderik Miller və Stiv Beusnardın yaşı 34-dür. Müdafiəçi Enrike Silva 32, Oleq Baklov isə 31 yaşındadır.
Bu göstəricidə ikinci pillədə “Zirə” qərarlaşıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin yaş ortalaması 28.9-dur. “Üçlüy”ü 27.8 ortalama ilə “Neftçi” tamamlayır.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 08 Oktyabr 2026 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















