Icma.az
close
up
RU
MS ardıcıl 7 ci dəfə yarımfinalda!

MS ardıcıl 7 ci dəfə yarımfinalda!

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həftəsonu keçirilən 1/4 final oyunlarından ikisində heç bir intriqa yaşanmadı.

Çempionlar Liqasında PSJ ilə qarşılaşacaq “Aston Villa”nın çempionşipin ortabablarından “Preston” önündə büdrəyəcəyini düşünmək sadəlövhlük olardı. Birmingemlilərin qələbəsində dubl edən Reşford önəmli rol oynadı. “Kristal Pelas” da səfərdə “Fulhem”i darmadağın etdi. Komandaların turnir cədvəlindəki mövqeyini nəzərə alsaq, belə nəticə bir qədər təəccüb doğurdu. “Brayton” – “Nottingem Forest” duelindən “meşəçilər” qalib ayrıldı. Premyer-liqada “ÇL zonası”nda qərarlaşan “Nottingem” rəqibin müqavimətini penalti seriyasında qırdı.
Nəhənglərdən yalnız “Mançester Siti” kubok uğrunda mübarizəni davam etdirir. Bu turnir “şəhərlilər” üçün mövsümü titulla bitirmək baxımından yeganə şansdı. Bəli, Qvardiolanın komandası yarımfinala vəsiqə qazandı. Ancaq məhz adı çəkilən mütəxəssisin zamanında etdiyi yerdəyişmələr sayəsində. İlk yarıda daha inamlı oynayan “Bornmut” hətta hesabı açmağı bacardı. Evanilson az qala qapı xəttinin üzərindən topu tora saldı. Düzdü, buna qədər, yəni 14-cü dəqiqədə MS gözəl şansı qaçırdı. Penaltini yerinə yetirən Holann qapıçı ilə dueldən məğlub ayrıldı.
Qvardiola fasilədən sonra oyunun axarına müdaxilə etməyi lazım bildi. O, əvvəlcə Xusanovu O’Rayli, ardından zədələnən Holannı Marmuş ilə əvəz etdi. Məhz O’Rayli 49-cu dəqiqədə norveçli ulduzun hesabı bərabərləşdirməsinə şərait yaratdı. Marmuş da 63-cü dəqiqədə O’Raylinin ötürməsindən sonra fərqləndi. “Şəhərlilər” əzmkar qələbə sayəsində yarımfinala adladı. Onu da xatırladaq ki, kubokun son qalibi “Mançester Yunayted”di. Mankunianlar ötənilki finalda məhz “Mançester Siti”ni məğlub etmişdi (2:1).
1/4 final
Bornmut – Mançester Siti 1:2

Evanilson, 21 – Holann, 49. Marmuş, 63.
MS: Ederson, Nunyes, Xusanov (O’Rayli, 46), Diaş, Qvardiol, Kovaçiç (Niko, 83), Gündoğan (Makeyti, 83), B.Silva, De Bruyne, Foden (Qriliş, 69), Holann (Marmuş, 61).
Preston (D-2) – Aston Villa 0:3
Reşford, 58; 63-p. Remzi, 71.
Fulhem – Kristal Pelas 0:3
Eze, 34. Sarr, 38. Nketia, 75.
Brayton – Nottingem Forest 0:0, p. – 3:4
Yarımfinal oyunları aprelin 26-27-də keçiriləcək: Nottingem Fores – Mançester Siti, Kristal Pelas – Aston Villa.
Oyundan sonra
Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Biz bunu bacardıq. Ardıcıl 7-ci dəfə ölkə kubokunda yarımfinala adladıq. Bu, möhtəşəm nəticədi. O anlama gəlir ki, bu futbolçu nəsli uzun illər ərzində nəticə göstərməyi bacarır. Fasilədə uşaqlara dedim ki, oyunun taleyi sizin əlinizdədi, hətta qələbə qazanmasaz da. Hər birimiz çox razıyır. Belə nəticəyə nail olmaq asan deyil. Əvvəldən axıra qədər oyundan qopmadıq. Mövsümün sonuna qədər və gələcəkdə də belə olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Aprel 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri