Icma.az
close
up
RU
MTK larda yeni özbaşınalıq beş min gətir...

MTK larda yeni özbaşınalıq beş min gətir...

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Ekspert deyir ki, vətəndaşdan təmirə başlamaq üçün əlavə ödəniş istənilməsi tamamilə qanunsuzdur və...

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların ən çox müzakirə etdiyi məsələlərdən biri də yeni tikilən binalarda fəaliyyət göstərən Mənzil Tikinti Kooperativi (MTK) ilə bağlıdır. Sakinlər əsasən MTK rəhbərlərinin özbaşınalığından, yeni qaydalar tətbiq etməsindən şikayətlənirlər. Vətəndaşlardan biri deyib ki, təmirsiz yeni tikiliyə (bina evi) sayğaclar üçün MTK rəhbərliyi 2500 manat pul tələb edir. Bu barədə Cebhe.info yazıb.

“Gəlin, müqavilə bağlayın və 2500 manat pul ödəyin”, deyirlər. “Azərsu”, “Azərişıq” və “Azərenerji”yə ayrı-ayrılıqda zəng etdim, deyirlər, bu məsələyə biz baxmırıq, “Asan kommunal” baxır. “Asan kommunal”a müraciət etdim, onlar deyir bizim səlahiyyətimizdə deyil, bu məsələ MTK-nın səlahiyyətidir.

MTK da deyir ki, podratçının puludur, ödənməlidir. Bildiyim qədərilə mənzilin içinə kimi xətlər MTK tərəfindən çəkilməlidir, daxili xətlərə görə hər hansı ödəniş ola bilər. Evi təmir etməyə də buraxmırlar, “Bizimlə təmir pulu müqaviləsi bağlamalısız” deyirlər və ona görə də 2500 manat tələb edirlər. Toplam 5000 manat", - şikayətçi qeyd edib.

Mənzil Tikinti Koorperativləri (MTK) tərəfindən inşa edilən binalarda yaşayan sakinlərin sayğac problemi aktual mövzu kimi qalmaqdadır. Sosial şəbəkələrdə paylaşılan çoxsaylı şikayətlərdən məlum olur ki, elektrik, su, qaz sayğaclarına görə mənzil sahiblərindən alınan məbləğ əvvəllər 800-850 manat idisə, hazırda 1000-1500 manatdır. Zaman-zaman mətbuatda bu məsələ işıqlandırılsa da, problem hələ də həllini tapmayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hələ 2023-cü ildə MTK-lara xəbərdarlıq edib ki, yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb olunur.

Ümumiyyətlə, MTK-nın belə bir səlahiyyəti varmı? Kommunal xətlərin çəkilişi müvafiq qurumlar tərəfindən həyata keçirilməlidirmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, MTK-ların qanunsuz tələbləri ilə bağlı iş dəfələrlə ictimai müzakirələrə səbəb olub və bu problem yenə də gündəmdə qalmaqdadır:

“Qanunauyğun şəkildə, əgər MTK ilə müqavilə bağlanırsa, həmin sənəddə vətəndaşa məxsus mənzilin içinə qədər olan proses - kommunikasiya vasitələri, qaz, işıq, su və digər təminatlar MTK-nın öhdəliyində olmalı və vətəndaşa təqdim edilməlidir. Mənzilin içərisində olan digər işlərə gəlincə, əgər MTK burada hər hansı fəaliyyət göstərəcəksə, bu, yalnız əlavə müqavilə əsasında həyata keçirilə bilər. Lakin mənzilə çatana qədər bütün kommunikasiya vasitələrinin işlək olması və vətəndaşa təqdim edilməsi müqavilə tərəfinin üzərində olan öhdəlikdir. Çünki vətəndaş təkcə həmin sahəni və mənzili yox, o mənzildə yaşayışı təmin etmək üçün zəruri olan bütün qurğuların, kommunikasiya vasitələrinin də ödənişini edir. Yəni söhbət təkcə tikilidən getmir, eyni zamanda o tikilinin mövcudluğu və vətəndaşın orada yaşaması üçün zəruri olan bütün xüsusiyyətlərin təmin olunması müqavilədə öz əksini tapır.

Sonradan vətəndaşdan təmirə başlamaq üçün əlavə ödəniş istənilməsi tamamilə qanunsuzdur. Bu barədə nə Mənzil Məcəlləsində, nə də digər müvafiq hüquqi aktlarda və müqavilələrdə hər hansı müddəa var. Bu baxımdan, vətəndaş təmirə başlamaq üçün MTK-ya hər hansı məbləğ ödəməməlidir. Vətəndaşlara tövsiyəm odur ki, tələb olunan bütün məbləğlərin hüquqi şəkildə əsaslandırılmasını istəsinlər. Bütün ödənişlər müqavilə əsasında həyata keçirilməli, nağd ödənişlərə ümumiyyətlə yol verilməməlidir. Nağd tələb olunan ödənişlər birbaşa rüşvət və korrupsiya mənbəyidir. Bunu tələb edən də, icra edən də eyni dərəcədə məsuliyyət daşıyır".

Ekspert qeyde dib ki, bu problemlərlə zaman-zaman qarşılaşıldığı üçün sistemdə ciddi dəyişiklik etmək lazımdır: “Bütün alqı-satqı faktları notarial və rəsmi qaydada aparılmalıdır. Hüquqların öncədən qeydiyyatı mümkündürsə, alqı-satqının da notarial qaydada həyata keçirilməsi təmin edilməlidir. Müqaviləsiz ödənişlərin edilməsi, vergidən yayınma və ya digər məqsədlərlə istifadə halları monitorinq olunmalı və nəzarətə alınmalıdır. Biz dünyada olan üsul və qaydalara uyğun şəkildə vətəndaşla MTK arasındakı münasibətlərin qurulmasını təmin etməliyik.

Birincisi, bina sakinləri mənzil istifadəçilərinin məhdud məsuliyyətli cəmiyyətini yaradaraq binanı özləri idarə edə bilərlər. Bu halda heç bir problemlə üzləşilməyəcək. Əgər vətəndaşların buna marağı, zamanı yoxdursa və ya bu üsuldan istifadə etmək istəmirlərsə, bu alanda fəaliyyət göstərən peşəkar şirkətlərə müraciət etməli, onlar ilə müqavilə bağlamalıdırlar. İl ərzindəki fəaliyyətin nəticəsi olaraq ildə bir dəfə həmin şirkətlərdən hesabat tələb olunmalıdır. Maliyyə şəffaflığı və hesabatlılığı təmin olunmaqla vətəndaşlar və icraçı şirkətlər arasında münasibətlər hüquqi şəkildə, müqavilə əsasında həyata keçirilməlidir. Bu zaman həmin problemlər aradan qalxacaq.

Tələb olunan əlavə məbləğlər, təmirə və ya sayğacın quraşdırılmasına dair tələblər qanunsuzdur. MTK ilə müqavilədən kənar hər hansı ödənişdən söhbət gedə bilməz. Müvafiq dövlət qurumu sayğacın quraşdırılması üçün ödəniş tələb edirsə, bu da müqavilə əsasında və rəsmi qaydada həyata keçirilməlidir, nağd yolla ödənilməməlidir".

Vüqar Oruc əlavə edib ki, problemin əsas səbəblərindən biri vətəndaşların öz hüquqlarını kifayət qədər bilməməsidir: “Bunun üçün vətəndaşlara hüquqi yardım göstərilməli, maarifləndirmə işləri aparılmalıdır ki, MTK ilə münasibətlərin məhz alqı-satqıdan sonra yekunlaşması barədə məlumata malik olsunlar. Bundan sonrakı münasibətlər yalnız binanın idarəetmə münasibətləridir ki, bu da vətəndaşların könüllü seçdiyi qurum və ya özlərinin təsis etdiyi, dövlət qeydiyyatına alınan qurum tərəfindən həyata keçirilməlidir.

Bu sahədə şəffaflığa və maliyyə hesabatlılığına ehtiyac var. Vətəndaşların MTK-lara ödədikləri məbləğlər binada abadlaşdırma işlərinə, mühafizənin təşkilinə, həyətyanı sahələrin kompleks abadlaşdırılmasına və yaşıllaşdırma işlərinə sərf olunursa, bunun illik hesabatı vətəndaşlara təqdim olunmalıdır. Vətəndaş ödədyi məbləğin neçə faizinin bu işlərə, neçə faizinin idarəetmə sisteminin xərclərinə sərf olunduğunu bilməlidir. Podratçı, infrastruktura və ya əlavə xidmət xərcləri kimi tələblərin heç biri qanunda nəzərdə tutulmayıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Avqust 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see635

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see547

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see307

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see266

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see235

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see216

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see213

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see206

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see202

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see197

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see183

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see178

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see177

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see175

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see170

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see168

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see158

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see156

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see153

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri