Icma.az
close
up
RU
MTKlar vətəndaşları işıqpuluna görə tələsdirir: “Azərişıq” araşdırmağa başladı FOTO

MTKlar vətəndaşları işıqpuluna görə tələsdirir: “Azərişıq” araşdırmağa başladı FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər ölkədəki yeni tikililərdə Mənzil-Tikinti Kooperativlərinin (MTK) nümayəndələrinin özbaşınalıqların vətəndaşların yaşadıqları ərazidən, nəzarətsizlikdən şikayətçi olması ilə nəticələnir.

Avtosfer.az xəbər verir ki, paytaxtın Nizami rayonundakı MTK-ların bəzilərində kommunal xidmət göstərən qurumların adından istifadə halları artıb.

Belə ki, rayonun Elşən Süleymanov, Ceyhun Hacıyev və Əli Vəliyev küçələrindəki yeni tikililərin liftlərinin daxilində, eləcə də binanın fasad hissələrində vətəndalara elektrik enerjisindən istifadəyə görə xəbərdaredici bildiriş mətnləri yapışdırılır. Üstəlik kağızda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) loqosu, qaynar xətt nömrəsi və rayon idarəsinin adı da qeyd olunur. Vətəndaşlar isə qeyd edirlər ki, cəmiyyətin əməkdaşlarının mənzil üçün payladığı bildirişlərdə ayın son günü yazılsa da, MTK nümayəndələrinin yapışdırdığı kağızlarda daha tez, məsələn, ayın 27-si, 29-u ödəniş edilməsi tələb olunur.

Mövzu ilə əlaqədar sosial şəbəkələrdə qeyd edilən ünvanlardan birindən şəkil paylaşılıb. Vətəndaş komendatın hər kəsə qərəzi olduğu üçün kimliyini gizlətməli olduğunu qeyd edib. O vurğulayıb ki, sakinlərdən kimsə rayon icra hakimiyyətinə, yaxud digər aidiyyəti qurumlara şikayət edəndə, onları hansısa ödənişlə bağlı ya sıxışdırırlar, ya da vətəndaşın liftdən, binanın digər kommunal xidmətlərindən istifadəsinə maneələr yaradırlar.

Məsələ ilə bağlı sosioloq Lalə Mehralı saytımıza müsahibəsində deyib ki, yeni tikililərdə hansı qurumun adından istifadə halı müşahidə olunursa, həmin qurum araşdırma başladıb tədbir görməlidir:

“Ehtimal ki, belə addımları MTK nümayəndələri, ya da komendatlıq atır.  Onlar özlərinin illik borcunu bağlamaq, yeni ilə problemsiz girə bilmək üçün sakinkləri də tələsdirir. Bununla bağlı əgər “Azərişıq” ASC-nin əməkdaşlarının heç bir əlaqəsi yoxdursa, o zaman qurum araşdırma aparıb tədbir görməlidir. Beynəlxalq təcrübədə bu cür kommunal ödənişlər internet xidmətlərinə görə aylıq ödənişlərə bənzər şəkildə tətbiq edilir. Yəni aylıq ödəniş edilir, əgər ödəniş edilmə dövründən 1 dəqiqə belə keçsə, xidmət dayandırılır. Xaricdə kimsə kommunal ödənişin borcuna görə bizim ölkəmizdəki qədər tolerantlıqla qarşılanmır, bunun da əvəzində insanalr öz məsuliyyətini dərk edir və belə ödənişləri vaxtında ödəyirlər. Bizdə isə vətəndaş idarəyə yaxınlaşıb, xahiş-minnətlə borcu hissə-hissə ödəmək üçün ərizə ilə müraciət edir və s. Vətəndaşlara bu yöndə bütün tolerantlıq göstərilir. Son vaxtlar bir sıra yeni tikililərdə, fərdi evlərdə quraşdırılan sayğaclar bütün ölkə ərazisində yerləşdirilməlidir. Vətəndaş ödədiyi məbləğ qədər limit əldə etsin və o limit başa çatdıqda xidmət dayandırılsın, vaxtında yenidən ödəniş edilsin. Bu çox ədalətli üsuldur və vətəndaş belə olan halda öz məsuliyyətini də dərk edir”.

Lalə Mehralı sonda onu da bildirdi ki, bu mövzuda “Azərişıq” ASC-nin məlumatının olması da istisna edilmir, çünki qurum da özünün illik, yekun hesabatlarını vaxtında tamamlamaq niyyəti olduğu dəqiqdir.

“Azərişıq” ASC-yə mövzu ilə əlaqədar sorğu yönləndirdik. Qurumdan bildirildi ki, məsələ araşdırıldıqdan sonra əhaliyə bu barədə açıqlama veriləcək.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 Dekabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see222

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see167

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri