Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Müasir dövrdə sosial platformalar təkcə əyləncə məkanı deyil Osman Gündüz

Müasir dövrdə sosial platformalar təkcə əyləncə məkanı deyil Osman Gündüz

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Qlobal bilik resurslarına çıxışın məhdudlaşdırılması rəqabət qabiliyyətini zəiflədə bilər

“Əlbəttə, uşaqların təhlükəsizliyi vacibdir, müəyyən yaş qrupları üçün platformalara girişin məhdudlaşdırılması müzakirə predmeti olmalı deyil. Amma müasir dövrdə sosial platformalar təkcə əyləncə məkanı deyil. Bu platformalar üzərindən milyonlarla uşaq və gənc proqramlaşdırma öyrənir, süni intellekt alətlərindən istifadə edir, xarici universitetlərə hazırlaşır, beynəlxalq olimpiadalara qoşulur, peşəkar icmalara daxil olur və gələcək karyerasını formalaşdırır”. 

Bu fikirlər Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzə aiddir. Sosial şəbəkələrə girişə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun layihəsi barədə fkirlərini bölüşən Osman Gündüz “Sherg.az”a bildirib ki, bəzi platformalar uşaqların gələcəyi üçün vacibdir: 

- Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. Layihəyə görə, 16 yaşadək uşaqlar üçün müəyyən sosial platformalarda hesab açılması qadağan olunur. 16-18 yaş qrupu üçün isə valideyn razılığı və valideyn nəzarəti nəzərdə tutulur. Əlbəttə, uşaqların təhlükəsizliyi vacibdir, müəyyən yaş qrupları üçün platformalara girişin məhdudlaşdırılması müzakirə predmeti olmalı deyil. Amma müasir dövrdə sosial platformalar təkcə əyləncə məkanı deyil. Bu platformalar üzərindən milyonlarla uşaq və gənc proqramlaşdırma öyrənir, süni intellekt alətlərindən istifadə edir, xarici universitetlərə hazırlaşır, beynəlxalq olimpiadalara qoşulur, peşəkar icmalara daxil olur və gələcək karyerasını formalaşdırır. Bu gün ölkələrin rəqabət qabiliyyəti də böyük ölçüdə gənclərin qlobal bilik və resurslara çıxış imkanlarından asılıdır. Bu mövzu ilə bağlı valideynlərə iki sualım var. Birinci vəziyyət; Təsəvvür edin ki, 15 yaşlı övladınız aktivdir, proqramlaşdırma öyrənir, olimpiadaya hazırlaşır, əlavə bilik və bacarıqlar öyrənməyə çalışır və ya xarici universitetə qəbul olmaq istəyir. Bununla bağlı da, əlbəttə sosial platformalarda hansısa peşəkar icmalarda aktiv iştirak edir. O sizə deyir: "YouTube, Telegram, Facebook, Linkedin və ya digər platformalarda mənim üçün vacib olan dərslər, təlimlər və faydalı resurslar var. Bunlardan istifadə etməyim gələcəyim üçün, qlobal həmyaşıdlarımla rəqabət üçün vacibdir." Belə halda siz ona icazə verərdinizmi? Hansı ki əgər qanun qəbul olunsa artıq bu qadağan olunacaq. İkinci vəziyyət; Təsəvvür edin ki, övladınız artıq 17 yaşındadır. Tələbədir. Müstəqil ağıllı qərarlar verir, ağıllı seçimlər edir. Süni intellektdən istifadə edir, proqramlaşdırma ilə məşğul olur, beynəlxalq layihələrdə iştirak edir, startap qurur, xarici universitetlərə hazırlaşır, bir sözlə, karyerası uğrunda vuruşur. Yeni qanunun məntiqinə görə onun sosial platformalardan istifadəsi valideyn razılığı və nəzarəti altında olmalıdır. Bu halda özünüzü necə hiss edərdiniz? 17 yaşlı övladınızın faydalı resurslara, peşəkar icmalara və təhsil platformalarına çıxışı üçün hər an, hətta xaricdə olsa belə sizin razılığınıza ehtiyac duyması sizi qane edərmi? Sizcə, 17 yaşlı gəncin hansı rəqəmsal resurslardan istifadə edəcəyinə valideyn qərar verməlidir, yoxsa bu yaş qrupu üçün daha fərqli yanaşma düşünülməlidir? Bu suallar ətrafında düşünməyə dəyər.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyun 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri