Icma.az
close
up
RU
Müasir dövrün bəlası Piylənmə ilə necə mübarizə aparaq?

Müasir dövrün bəlası Piylənmə ilə necə mübarizə aparaq?

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Müasir dövrün ən aktual xəstəliklərindən biri də piylənmədir. Bu gün dünyada piylənmədən əziyyət çəkən insanların sayı bir milyarddan çoxdur və hər il təxminən üç milyon insan piylənmənin yaratdığı fəsadlar səbəbindən həyatını itirir. "Global İndex" dünyada artıq çəkidən əziyyət çəkən ölkələrin siyahısını açıqlayıb. Araşdırmaya görə, Kuk adalarında əhalinin 69,8%, Nauruda 58,1%, Kiribatidə 56,7, Küveytdə 43,8%, ABŞ-də 42,7%, Meksikada 36,9%, Misirdə 35,7%, Yeni Zelandiyada 34,3%, Argentinada 32,4%, Avstraliyada 31,3%-i piylənmədən əziyyət çəkir.

Moderator.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Bizim coğrafiyanın da insanları yeyib-içməyə meyilli olduqları üçün xəstəlik buralarda da aktualdır. Ətrafımızda artıq çəkidən əziyyət çəkən kifayət qədər insanlarla rastlaşırıq. Üstəlik, köklüyün sağlamlıq əlaməti olduğunu düşünən, övladları güclü olsun deyə çox yedizdirən, kök uşaqların daha şirin, toppuş sayıldığı ölkədə bu xəstəlikdən yan keçmək mümkün deyil.

Metabolik sindromla mübarizə aparırıq

Respublika Endokrinoloji Mərkəzin həkim endokrinoloqu Lalə Məmmədova da "Kaspi"yə açıqlamasında təsdiqləyir ki, son vaxtlar piylənmə problemi ilə bağlı Mərkəzə müraciət edənlərin sayı artıb. Həkim bildirir ki, artıq çəki ilə bağlı ölkəmizdə də ciddi problemlər var: "Bu gün biz metabolik sindromla ciddi şəkildə mübarizə aparırıq. Bu, müasir dövrün geniş yayılan və ciddi sağlamlıq problemidir. Bu sindrom bir sıra metabolik pozğunluqların bir araya gəlməsi ilə xarakterizə olunur və ürək-damar xəstəlikləri, diabet və yüksək təzyiqə yol açır. Bu sindromun ən önəmli səbəbi piylənmədir. Yəni biz tək piylənmə ilə mübarizə aparmaqla diabet, yüksək təzyiqi və ürək damar xəstəliklərinin də qarşısını almış oluruq. Metabolik sindromdan qorunmaq üçün erkən müdaxilə və düzgün həyat tərzi vacibdir. Bu səbəbdən də piylənməyə erkən yaşda müdaxilə çox mühümdür".

Artıq çəkili uşaqların sayı artıb

Həkim deyir ki, artıq çəki probleminin ilkin mərhələsi uşaq yaşlarından başlayır. Ana və nənələrin uşağı daha çox yedizdirməsi, kök uşağın gələcəkdə daha güclü ola biləcəyi düşüncəsi piylənməyə qapı açır: "Son bir neçə ildə artıq çəkili uşaqlarla daha çox rastlaşırıq. Məsələn, bir sinifdə 20-30 şagirddən 4-5-i artıq çəkili olur. O uşaqlarla danışıb, araşdıranda görürük ki, ailədə zob, şəkər, təzyiq xəstəliyi var. Belə davam edərsə, bu uşaqlar da o xəstəliklərlə mübarizə aparmalı olacaq. Ona görə də, piylənməni uşaq vaxtından aşkarlamaq, üstünə düşmək gələcəkdəki sağlamlıq problemlərinin qarşısını alır. Sağlam qidalanma bu məsələdə çox vacibdir".

Bu xəstəlikdən qadınlar daha çox əziyyət çəkirlər

Həkim deyir ki, Azərbaycanda piylənmə problemi qadınlarda daha çox rast gəlinir: "Qadınlarımız kişilərdən daha çox artıq çəki, şəkər, təzyiqdən əziyyət çəkirlər. Bu, qadınların orqanizmi ilə bağlıdır".

Statistikaya görə də, həm dünyada, həm də ölkəmizdə uşaq və yeniyetmələr arasında piylənmə daha sürətlə yayılır. Dünyada son 30 ildə yetkinlik yaşına çatmış insanlar arasında piylənmə qadınlarda iki dəfədən çox, kişilərdə təxminən üç dəfə, uşaq və yeniyetmələrdə isə dörd dəfə artıb. Ölkəmizdə 2012-ci ildə piylənmədən əziyyət çəkən uşaqların sayı 1176 olsa da, bu göstərici 2022-ci ildə 91 faiz artaraq 2252-yə çatıb. Son statistikaya əsasən, ölkələr üzrə piylənmənin dərəcələrinə görə respublikamız dünyanın 200 ölkəsi arasında kişilər üzrə 100-cü, qadınlar üzrə isə 65-ci yerdədir.

"Az, amma tez-tez yemək daha faydalıdır"

Həkim deyir ki, artıq çəkinin qarşısını almaq üçün sağlam qidalanmaq və hər gün yürüş etmək lazımdır: "Ən vacib nüans yeməyin porsiyasının azlığıdır. Çox yemək insan orqanizmində ciddi fəsadlar yaradır. Avropa ölkələrində porsiyaların miqdarı bizim qədər çox deyil. Yeməkdən alınan enerji sərf olunan enerjidən çox olduqda, bu enerji bədəndə yağ kimi saxlanılır. Bu vəziyyət uzun müddətdə davamlı olaraq meydana gəldiyində bədəndəki yağ miqdarı həddindən artıq artır. Düzdür, heç kimə deyə bilmərik "bozbaşın ölçüsünü 300 milliqram et". Amma bir dəfəyə çox yemək, ümumiyyətlə, yeməyin miqdarı artıq çəkidə çox rol oynayır. Az yeyib, tez-tez yemək daha faydalıdır, nəinki bir dəfəyə çox yemək. Bununla yanaşı, çox hərəkət etmək, gün ərzində minimum 20-25 dəqiqə gəzmək lazımdır. Bu, həm xolesterini salır, həm təzyiqi düzəldir, həm də ürək xəstəliklərinin qarşısını alır. Uşaqları fastfud, enerji içkiləri, qazlı sulardan uzaq tutmalıyıq. Yeniyetmə dövrü bu xəstəliyin qarşısının alınması üçün çox vacibdir".

Artıq çəki güc və sağlamlıq göstəricisi deyil

Həkim-diyetoloq Semira Avcı isə deyir ki, ilk altı ay ana südü ilə qidalanmayan uşaqlarda piylənmə probleminə daha tez-tez rast gəlinir: "Araşdırmalar ana südü ilə qidalanmayan uşaqların piylənməyə daha çox meylli olduğunu göstərir".

Diyetoloqun sözlərinə görə, piylənmənin müalicəsinin 70-80 faizi valideynin və pasiyentin, 30 faizi həkimin üzərinə düşür: "Valideynlər övladlarının çəkisini nəzarətdə saxlamalıdırlar. Piylənmə istər böyüklərdə, istərsə də uşaqlarda fizioloji problemlərlə yanaşı, psixoloji problemlərə də yol açır. Piylənmə dövrün xəstəliyidir və müalicəsi də mümkündür. Əgər bu problemə dırnaqarası baxılsa, yorğunluq, yuxusuzluq və ən nəhayət xərçəngə də yol açır. Artıq çəki güc və sağlamlıq göstəricisi deyil, ciddi problemdir".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilədək dünya əhalisinin təxminən yarısının artıq çəki və piylənmədən əziyyət çəkəcəyini proqnozlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Dekabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri