Müasir həyat tərzi xərçəng riskini artırır Professor
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Dünya əhalisi artır və bununla yanaşı, müxtəlif xəstəliklərin də artım dinamikası müşahidə olunur. Bütün tibbi innovasiyalara, inkişaf tempinə, müasir texnologiyalara və elmi nailiyyətlərə baxmayaraq, xəstəliklərin yayılması azalmır. Digər tərəfdən, xərçəngə gətirib çıxaran səbəblər də getdikcə artır. Məsələn, ekoloji amillər buna təsir göstərir. Hava getdikcə daha çox çirklənir. Onun tərkibində benzopiren törəmələrinin miqdarı artır ki, bunlar da xərçəng yaradan elementlər hesab olunur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında tibbi ekspert, tibb elmləri doktoru, professor Adil Qeybulla səsləndirdi.
"Bundan başqa, plastik qabların istifadəsi, zəhərli qidalar, qidaların tərkibində olan müxtəlif qida əlavələri də risk faktorları sırasındadır. Bu əlavələrin bəziləri karsinogen xüsusiyyət daşıyır. Süni qidalar, oturaq həyat tərzi, həddindən artıq qidalanma, idmanla məşğul olmağın azalması, siqaret çəkmək də bu riskləri artıran amillərdəndir. Bu gün siqaret çəkənlərin sayı günü-gündən artır və bu artım artıq qadınlar arasında da müşahidə olunur. Həmçinin alkoqoldan həddindən artıq istifadə də mühüm risk faktorlarından biridir. Bütün bunlar, əlbəttə ki, orqanizmin normal fəaliyyətinə mənfi təsir göstərir. Hələ trans yağları və orqanizmdə sərbəst radikallar şəklində qalaraq gen mutasiyalarına səbəb olan, gələcəkdə isə şişlərin yaranmasına gətirib çıxaran digər amilləri də nəzərə alsaq, bu mövzu haqqında saatlarla danışmaq olar. Ona görə hesab edirəm ki, xərçəng şişinin yaranmasına səbəb olan amillər nəinki azalır, əksinə, getdikcə artır. Belə olan halda, onların azalacağını düşünmək və ya bu barədə danışmaq doğru yanaşma olmaz", - deyə o əlavə etdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 20 İyul 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















