Icma.az
close
up
RU
Professor xərçəng riskini artıran amilləri açıqladı

Professor xərçəng riskini artıran amilləri açıqladı

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Ekoloji çirklənmə artır, qida məhsullarının keyfiyyəti aşağı düşür, insanlar isə getdikcə daha az hərəkət edir. Belə bir şəraitdə xərçəng xəstəliklərinin yayılmasının artması təəccüblü deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında onkoloq-cərrah, professor Adil Qeybulla deyib.

Həkim bildirib ki, xərçəng yoluxucu xəstəlik deyil və orqanizmdə müxtəlif səbəblərin təsiri nəticəsində yaranaraq inkişaf edir:

"Bu, orqanizmdə formalaşan və müxtəlif səbəblərdən nəzarətdən çıxan patoloji prosesdir. Xəstəlik orqanizmin resursları hesabına inkişaf edir və sürətlə çoxala bilir. Məhz buna görə də ağır gedişata səbəb olur, zamanla orqanizmi zəiflədərək ciddi fəsadlar yaradır".


Professorun sözlərinə görə, insanların gündəlik qəbul etdiyi su, hava və qida məhsulları da xəstəliyin yaranması və inkişafında mühüm rol oynayır:

"Bu amillərin bir çoxunda xərçəng riskini artıran maddələr mövcuddur. Ticarət şəbəkələrində müxtəlif rəngləndiricilər və əlavələrlə zəngin içkilər, energetik və alkoqollu məhsullar, eləcə də keyfiyyəti şübhə doğuran qidalar geniş yayılıb. Təəssüf ki, insanlar bu məhsullara daha çox meyl göstərirlər. Elələri var ki, gün ərzində əsasən trans yağlarda hazırlanmış qəlyanaltılar və çipslərlə qidalanırlar. Digər tərəfdən, həddindən artıq qidalanıb az hərəkət edən insanlar da az deyil. Bütün bunlar orqanizmdə sərbəst radikalların artmasına və müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin inkişaf riskinin yüksəlməsinə səbəb olur".

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyun 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see325

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see255

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see247

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see244

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see240

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see224

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see220

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see207

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see206

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see205

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see204

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see200

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see190

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see170

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see169

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see168

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see163

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see161

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see160

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri