Icma.az
close
up
RU
Mütərəqqi gender siyasəti: müasir çağırışlar və mühüm nailiyyətlər

Mütərəqqi gender siyasəti: müasir çağırışlar və mühüm nailiyyətlər

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Tarixin bütün mərhələlərində qadınlar ölkəmizin siyasi-iqtisadi, sosial, mədəni və digər sahələrində uğurla fəaliyyət göstərmişdir. Qədim dövrlərdən başlayaraq Azərbaycan qadınları həm döyüş meydanlarında, həm də dövlət idarəçiliyində öz şücaət və müdrikliyini nümayiş etdirmişlər. “Kitabi-Dədə Qorqud” dastanında Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Həcər və Tutu Bikə kimi tarixi şəxsiyyətlərin fəaliyyəti qadınların qəhrəmanlıq və vətənpərvərlik ənənələrini əks etdirir. Bu şəxsiyyətlər dövlətçilik ənənələrinin inkişaf etdirilməsinə xüsusi töhfə vermişlər.
Qadınlarımız əsrlər boyu milli dəyərlər, ana dili, mədəniyyət və mənəviyyatın ən etibarlı dayağı rolunu oynamışlar. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmişlər. Elm və təhsil sahəsində qadınların nailiyyətləri ölkəmizin intellektual potensialını artırır. Müasir dövrdə də qadınlar parlamentdə, yerli özünüidarə orqanlarında və digər dövlət qurumlarında uğurla təmsil olunurlar. Həmçinin, onlar səhiyyə, mədəniyyət və idman sahələrində uğurlar qazanaraq beynəlxalq arenada dövlətimizin nüfuzunu artırırlar.
Ölkəmizdə uğurlu gender siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi Lider qadın hüquqlarının təminatı, onların üzləşdişdikləri problemlərin həllində daim ədalətli mövqe nümayiş etdirmiş, ictimaiyyətin də bu istiqamətdə səfərbər olması məqsədilə əməli addımlar atmışdır. Qadınların fəalliyətinə yüksək qiymət verən Heydər Əliyev qeyd etmişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin hüquq bərabərliyini təmin edir. 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşulan Azərbaycan qadın hüquqlarının qorunması üçün geniş hüquqi bazanı formalaşdırmışdır. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Həmçinin, Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanmışdır. Bu Fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasının təmin edilməsi tapşırılmışdır.
Ümummilli Liderin gender siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev bu sahədə mütərəqqi islahatlar həyata keçirmişdir. Azərbaycan Prezidentinin 2006-cı il 6 fevral tarixli Fərmanı Qadın Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin genişləndirərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi statusunu alması qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm addımlar idi. 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında” və 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul edilmişdir. Bu qanunlar qadın hüquqlarının daha etibarlı müdafiəsini təmin edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qadınların hüquqlarının müdafiəsi, mədəniyyətin təbliği və humanitar layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu dövlətimizin imicini dünya səviyyəsində yüksəldərək, qadınların cəmiyyətdə rolunun güclənməsinə dəstək olur. Fond sosial, mədəni və xeyriyyə layihələri vasitəsilə xalqın rifahını artırır və cəmiyyətin inkişafına töhfə verir. Həmçinin, beynəlxalq miqyasda Azərbaycanın zəngin mədəniyyətini və ənənələrini təbliğ edərək, ölkənin qlobal arenada tanınmasına və nüfuzunun möhkəmlənməsinə böyük töhfələr verir.
Dövlətimiz Beynəlxalq Əmək Təşkilatının qadın əməyi sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında”, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” konvensiyaları və digər beynəlxalq sənədlərə qoşularaq qadın hüquqlarının qorunması istiqamətində genişmiqyaslı islahatlar aparır. 2008-2015-ci illərdə “Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” kimi təşəbbüslər qadınların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir.
Azərbaycanda 8 Mart tarixi rəsmi olaraq Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu bayramda qadınların ictimai həyatda rolu, tarixi nailiyyətləri və fədakarlığı xüsusilə dəyərləndirilir. Hər il bu münasibətlə qadınlara fəxri adlar və medallar təqdim edilir.
Müasir dövrdə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və onların ölkəmizin ictimai-siyasi həyatinda fəal iştirakı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qadınların uğurlu fəaliyyəti ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. Ölkəmizdə mövcud olan sabitlik və demokratik mühit qarşıdakı illərdə də qadınlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Mart 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri