Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Müasir qazax ədəbiyyatı və Bigəldi Qabdullinin sosialpsixoloji nəsr nümunələrinin eksklüziv mənzərəsi

Müasir qazax ədəbiyyatı və Bigəldi Qabdullinin sosialpsixoloji nəsr nümunələrinin eksklüziv mənzərəsi

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Nizami Məmmədov Tağısoy
professor

Çağdaş qazax ədəbiyyatının istedadlı nümayəndələrindən olan Bigəldi Qabdullin Qazax Milli Universitetində Jurnalistika ixtisasına yiyələndikdən sonra bir neçə il Respublikada nəşr olunan “Qazaxstanskaya pravda” və “Leninskaya smena” qəzetlərində çalışmışdır. 1989-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvlülüyünə qəbul edilmiş, elə həmin ildən Qorki adına Dünya Ədəbiyyatı İnttifutuna daxil olmuş, burada ədəbiyyatşünas-tənqidçi ixtisasına yiyələnmişdir. Az keçmiş Oljas Süleymenovun “Gil kitab” poemasına həsr etdiyi pyesi hazırlamış və həmin əsər Qazaxıstan Respublikası Gənc Tamaşaçılar Teatrında səhnə təcəssümünü tapmışdır.

Bigəldi Qabdullinin yaradıcılığı əsasən iki istiqamətdə Jurnalistika və Ədəbiyyat yönündə getmişdir. Təsadüfi deyildir ki, onu Qazaxıstanda yeni media məkanının memarlarından biri hesab edirlər. Eyni zamanda Vətənində onun tərəfindən üç qəzet “Yeni nəsil”, “XXI əsr” və “Sentral Asiya Monitor” kimi mətbu orqanları yaradılmışdır. 2013-cü ildə “Radiotoçka” multimedia portalını yaratmışdır.

Onu da qeyd etməyə ehtiyac vardır ki, 2013-cü ildən bu yana Bigəldi Qabdullin Qazax PEN klubunun Prezidenti kimi Qazaxıstanda mədəniyyətin, ədəbiyyatın, ədəbi əlaqələrin yeni müstəviyə keçirilib, təbliğ olmamasında və qazax ədəbiyyatının ABŞ, İngiltərə, Fransa, Almaniya və dünyanın digər ölkələrində yayılmasında əsaslı rol oynayan bədii-nəzəri fikir nəhənglərindəndir.

Bigəldi Qabdullin Qazax PEN klubunun Prezidenti postunda milli ədəbiyyatın xeyli tərəflərini dünya ədəbiyyatı prosesinə inteqrasiya etmək yönündə böyük işlər görmüş və bu gün də görməkdədir. Təsadüfi deyildir ki, onun PEN klubun Prezidenti vəzifəsinə seçilməsində qazax ədəbiyyatının və ədəbi tənqidinin tanınmış nümayəndələri Əbdicəmil Nurpeisov, Oljas Süleymenov, Abiş Kekilbayev, Fariza Onqarsınova, Anatoli Kim, Vladimir Kartsev, Muxtar Şaxanov, Dövlət İsabəyov, Gerold Belqer, Şirxan Murtaza, Baxıtcan Kanapyanov, Smaqul Elubay, Adolf Artsişevski, Murad Auezov və başqa bu kimi təfəkkür nəhənglərinin böyük rolu olmuşdur. O, SSRİ-nin dağılmasından sonra bütün dünyada milli mədəniyyətlərə olan münasibətin yenidən qaldırılmasında maraqlı olmuşdur və bu istiqamətdə qazax müəlliflərinin əsərlərinin ingilis dilinə tərcüməsinin vacibliyini on plana çəkməyi zəruri hesab etmişdir.

Buna görə o, qazax klassiklərinin əsərlərinin tərcümə edilərək Avropa ölkələrində, Amerika Birləşmiş Ştatlarında yayılmasında daim maraqlı idi. O, bununla dünyaya Qazaxıstanın parlaq simasını, qazax xalqının portretini, onun mədəniyyətinin bütün tərəflərini göstərməkdə maraqlı idi. Belə tipli kriteriyalardan çıxış edərək Qazax PEN klubu qabaqcıl milli ədəbiyyat nümayəndələrindən – 25 müəllifin əsərlərini “Biz – qazaxlarıq...” seriyası adı altında tərcümə edib ABŞ və İngiltərədə nəşr etdirə bilmişdir. Əsərləri təqdim olunan müəlliflər sırasında Abay, Muxtar Auezov, Mukağali Makatayev, Əbdicəmil Nurpeisov, Berdibek Sokpakpayev, Oljas Süleymenov, Abiş Kekilbayev, Saken Yunusov, Dulat İsabəyov, Oralxan Bokeyev, Muxtar Maqauin, Kalixan İskakov, Smaqul Elubay və başqa bu kimi isimlər vardır.

Bigəldi Qabdullinin Nursultan Nazarbayevin idarəçilik üsulunu ciddi tənqid edən, hakimiyyət strukturlarında korrupsiyanı, klançılığı, qohumbazlığı və dostbazlığı ifşa edən əsərləri beynəlxalq arenada ciddi rezonans doğurmuşdur. Hakimiyyət tərəfindən təqiblərə məruz qalmış Bigəldi Qabdullin hüquq mühafizə orqanları tərəfindən istintaqa cəlb olunmuş, çinayəti sübut edilmədiyindən ona elan olunmuş beş il həbs cəzası bəraət ilə əvəzlənir, özü isə məhkəmə zalından azadlığa buraxılmışdır. Bundan sonra o, ölkəni tərk etmək məcburiyyətində qalaraq 2001 – 2004-cü illər ərzində Amerika Birləşmiş Ştatlarında siyasi mühacirətdə yaşayır. Qələmə aldığı “Rejim və müqavimət” adlı maraqlı əsərini də o, məhz ABŞ-də olduğu illərdə ortaya qoyur.

2007-ci ildə isə onun qələmindən çıxmış “Mühüm söhbət” kitabına o, Qazaxıstanın taleyinə birbaşa cavabdehlik daşıyan aparıcı siyasətçilər və mədəniyyət xadimlərinin fikirlərini daxil etmişdir.

Bigəldi müəllimin “Böyük köç” romanı isə elə nəşr olunduğu vaxtlardan bestsellərə çevrilmişdir. Belə ki, bu əsərdə müəllif Qazaxıstan tarixinin altı əsrlik taleyi üzərində düşünməklə, tanınmış tarixi şəxsiyyətlərin – xanların, sultanların, batırların, sovet dövrü rəhbərlərinin taleyi ilə bağlı milli dövlətçiliyin təşəkkülü üzərində düşüncələrini ortaya qoymuşdur.

2015-ci ildə isə o, tanınmış şair və nasir Adolf Artsişevski ilə birlikdə yazdığı “Bigəldi Qabdullin. Etiraf hüququ” kitabında isə onun özünün son dərəcə ağır taleyindən bəhs edilmişdir.

2020-ci ildə Qabdullin “SİZO” adlı başqa bir bestsellerin ortaya çıxmasına vəsiqə verir. Bu əsər xeyli xarici dillərə, o cümlədən ingilis dilinə tərcümə olunaraq İngiltərədə də nəşr olunmuşdur. Dünya şöhrətli qazax şairi və tənqidçisi Baxıt Kenseyev əsəri aşağıdakı kimi dəyərləndirir. “Frans Kafkanın “Proses”ində olduğu kimi Bigəldinin əlyazmasının şərlənmiş qəhrəmanı dövlət sistemi işçilərinin gözü altına alınır. Əlbəttə, biz belə şeylərə öyrənciyik ki, sovet dövrü siyasi məhbuslarının yazdıqları nümunələrdən fərqli olaraq bu əsərin təhkiyəsində vəziyyət daha qorxuncdur. Bütün hakimiyyətə malik dövlət belə özündəndeyən jurnalistin bel sütununu sındırmağa hazır idi. Burada, demək olar ki, hakimiyyət onun öhdəsindən gələ bilmişdi. Onu mövcud olmayan, etmədiyi cinayətləri boynuna alıb, sevimli jurnalistlik peşəsindən imtina etməyə məcbur etmişdilər. Müəllif bununla bağlı bütün təfərruatları qələmə alır. Bununla belə, burada oxucu nəzərini son dərəcə özünə cəlb edən bu əsərdə göstərilir ki, bütün səylərə baxmayaraq, yazıçı təslim olmur və şəxsi ləyaqət hissi üstünlük təşkil etdiyindən o, qalib gəlir. Əlbəttə, heç kim gözlənilməyən taledən və həbsdən kənarda qala bilməz. Bununla belə, bütün hallarda bu əsəri oxuyan hər bir kəs öz “zərifliyi ilə mübarizə aparıb, kitabdan son dərəcə mühüm dözümlülük dərsi ala bilər”.

“SİZO” romanında müəllif daş divarlar və dəlici məftillərlə əhatələnmiş məkanın dözülməz şəraitinə dərindən nəzər salır. Əsərin personajları tanınmış şəxsiyyətlər – siyasətçilər, biznesmenlər, jurnalistlər, artistlər – nədənsə hamısı birdən dəmir barmaqlıqlar arasına düşür. Müəllif belə vəziyyətin həbsxana divarları içində olanlar üçün başvermə səbəblərini arayıb oxucuya təqdim edir və onları orada hansı işgəncələrin gözlədiyindən xəbərdar edir. O, əsərdə reallığı elə birinci şəxsin adından təqdim etməklə həm də təhrif edilmiş versiyalardan daim qorunur. Eyni zamanda əsərdə birinci şəxsin dili ilə humanizm, insan üçün söz azadlığı kimi məsələlərə müəllifin görümlü yanaşması həyatda çoxları üçün yaşam kredosuna çevrilir. Eyni zamanda qəhrəman inanır ki, onun nə üçün həbsə atıldığı barədə humanizm, insan hüququ və azadlıq hisslərinin nə olduğu bütün xalqa çatdırılacaq və o, həbsxanada yaşadığı dövrdə hansı məhrumiyyətlərə məruz qaldığı dərindən dərk ediləcəkdir. “SİZO” elə bir əsərdir və oxuculara elə bir unikal imkanlar yaradır ki, onlar bu əsərdən aldıqları təəssüratlardan insan talelərinin bütün faciələrinin dərinliklərinə baş vuracaq və həbsxana aləmində yer almış reallıqla illüziya və ümid arasında qalacaq və o məkanda çətinliklərin aradan qaldırılmasında yalnız söyüşə üstünlük verildiyini duyacaqlar.

Yeri gəlmişkən qeyd edək ki, Bigəldi Qabdullinin bu əsəri xeyli tərəfləri ilə dünya ədəbiyyatının tanınmış isimləri Frensis Fitsceraldın “Sahilyanı pirat. Emansipasiya olunmuş və dərindən dərk edilmiş”, Maykl Bombatın “Yıxılarkən. Ölümə bir saniyə qalmış”, Fatima Mernissinin “Hərəmxanada doğulmuş qız. Sevgi və arzular... və gizlənməmiş həqiqət”, Kortni Maumun “Mənə burada sənsiz də yaxşıdır”, Dirk Quzmanın “Böyük Karl üçün film”, “Aleksey Mirninin “Hipnoz haqqında”, Aleksandr Amziresin “Qara ürəklər”, Anton Kalininin “Mentor” və həm də Azərbaycan nasirləri Sabir Əhmədlinin “Həmişə azadlıqda”, Ağarəhimin “Cinayət və cəza” və başqa bu kimi maraqlı əsərləri ilə xeyli səsləşmələrə malikdir.

“SİZO” sənədli povestinə söykənən “Maral” romanını isə B.Qabdullın 2024-cü ilin ikinci yarısında qələmə almışdır. Roman oxucu ictimayyəti tərəfindən yüksək dəyərləndirilmiş və elə 2024-cü ildəcə Moskvadakı “Xudojestvennaya literatura” nəşriyyatında oxuculara təqdim olunmuşdur.

(ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Yanvar 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see411

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see383

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see341

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see317

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see314

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see287

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see276

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see269

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see255

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see241

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see229

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see228

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see227

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see226

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see198

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see141

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri