Icma.az
close
up
RU
Müasir qazax ədəbiyyatı və Bigəldi Qabdullinin sosial psixoloji nəsr nümunələrinin eksklüziv mənzərəsi

Müasir qazax ədəbiyyatı və Bigəldi Qabdullinin sosial psixoloji nəsr nümunələrinin eksklüziv mənzərəsi

Icma.az bildirir, Turkstan.az portalına istinadən.


Nizami Məmmədov Tağısoy
professor

(əvvəli BU LİNKDƏ)

Eyni zamanda adını çəkdiyimiz bu əsər Sovet dövründən bizlərə yaxşı məlum olan “Yunost” kimi tanınmış populyar jurnal və “Roman-qazeta” səhifələrində rusdilli oxuculara təqdim olunmuşdur. Roman ədəbi tənqid tərəfindən son dərəcə yüksək qarşılanmışdır. “Maral” romanının üstün xüsusiyyətlərindən bəhs edən türkiyəli yazıçı Əsil xanım Ömər yazır: “...Bigəldi Qabdullinin üslubu həm bəlağətli, həm naxışlı, həm nadir üstün və dəyərli keyfiyyətlərə malik olmaqla, həm də dramatikdir. Roman mətni səslər, intonasiyalar, hisslər və canlı həyata vurğunluqla zəngin olmaqla, həm də son dərəcə dərin müşahidələr üzərində qurulmuşdur. Bu əsərdə esseistikanın dialogizmi və faktların obyektivliyi ilə yanaşı, həm də özünü ciddi şəkildə ifadə edən müəllif mövqeyi ortadadır. Müəllifin romanda belə yanaşmadan istifadə etməsi nəinki intellektual olaraq təsir edir, həm də yetərincə görümlü emosionallıq yaradır. Belə olduğu halda müəllifin əsərdə güclü bədii priyomlar bolluğundan bacarıqla istifadə etdiyini göstərir. Burada Amerika ədəbiyyatının klassiki və jurnalisti Tom Vulfun təbirincə desək bir sirr vardır: “... texniki məsələlərlə yanaşı, bu janr o qədər aydın üstünlüklərdən yararlanır ki, bəzən onun hansı gücə malik olduğunu unudursan: ən sadə fakt isə ondan ibarətdir ki, oxucu elə bilir ki, bütün bunlar doğrudan da baş vermişdir...”.

Bigəldi Qabdullinin kitabı sanki mövcud gerçəkliyi yeni, müasir düşüncə müstəvisində XXI əsr mövqeyindən diqtə edir və sanki bizi xəbərdar edir ki, belə məhvə aparacaq mirasla davam etmək mümkün deyildir. “Maral”, hesab edirik ki, azadlıq və ədalət kitabı olacaq. Ona görə ki, bu kitab gerçəkliyi yeniləndirir və ona humanizm, azadlıq və insan xoşbəxtliyinin necə olması ilə bağlı yeni məna yükləyir”. Müəllifin bədii axtarışlarında xalq həyatının çeşidli tərəflərinin geniş ədəbiyyat müstəvəsinə gətiriməsi uğurlu aura yaradır.

Bigəldi Qabdullinın əsərlərində kəskin həyat kolliziyaları hüquq mühafizə orqanları praktikasının işi ilə bağlı şəkildə təhlillərə, araşdırmalara cəlb olunur. Bu tipli parlaq əsərlərdən biri də elə haqqında bəhs etdiyimiz “Maral” romanıdır. Roman da müstəqil Qazaxıstan mediamaqnatlarından birinin azad və ədalətli söz uğrunda mübarizəsi təsvir olunur. Əyləncəli və oxucu diqqətini cəlb edən bir dillə qələmə alınmış bu kitab Moskvanın “Xudojestnennaya literatura” nəşriyyatında çapdan çıxmış bu romanın annotasiyasında əsərin ikili əsasını köhnə dövrlərdə işlədilmiş “Maral” – yəni əks məna kəsb edən əxlaqdan kənarlıq, həm də məlum “Moral”, yəni “Əxlaq” anlayışlarını özündə daşımaqdadır. Əsərin belə ikili adı orada cərəyan edən və təsvirə gətirilən məsələlərin aydın mənzərəsini yaratmaqdadır.

2024-cü ildə Bigəldi Qabdullin 2022-ci ilin yanvarında Qazaxıstanda baş vermiş faciəvi hadisələrin görümlü tarixi və bədii panoramını yaradan “Kantar-22”: baş tutmamış çevriliş və milli oyanış” adlı yeni əsərini nəşr etdirir.

2024-cü ilin lap sonlarında Bigəldi Qabdullinin “Kantar – 22” romanı geniş oxucu ictimaiyyətinə təqdim olunmuşdur ki, o, bu əsərin araya – ərsəyə gəlməsi üçün Qazaxıstanda 2022-ci il hadisələrinin ortaya çıxmasının səbəblərini araşdırmaq və bu proseslərdə həmin regionlarda hadisələrə qoşulanların ümumi yanaşma tərzini öyrənmək məqsədi ilə çoysaylı səfərlər edir. Və görür ki, həmin hadisələrlə bağlı xeyli məsələlər “məxfidir” qrifi altında möhürlənmişdir. Bəzi məlumatlara görə isə istintaq tamamilə gizli aparılır. Buna görə də Bigəldi müəllim üçün olmuş hadisəylə bağlı tam təsəvvürlərin bərpa edilməsinin son dərəcə çətin olduğu bildirir.

Müəllifin özünün söylədiyinə görə Kantarla bağlı minlərlə material, məqalə və kitablar ortaya çıxmış, kinofilmlər təqdim olunmuşdur. Lakin o, əsəri qələmə alana qədər baş vermiş bu faciənin əsil səbəbləri ilə bağlı cəmiyyətdə vahid fikir yaranmamışdır. Rəsmi məlumatlara görə Kantar zamanı 238 nəfər məhv edilmişdir. “Kanta-22” romanında B.Qabdullin bütün məsələlər üzərində oxucu heysiyyatını tarıma çəkən, etnik-milli keçmiş üzərindən qazax xalqının müasir genefonduna böyük ziyanlar gətirən hadisələr üzərində təhlillər aparır, kantarın əsil mahiyyətini bacarıqlı yazıçı-psixoloq və sosioloq gözü ilə oxuculara təqdim edir.

Bigəldi Qabdullin orijinal bədii yaradıcılıqla məşğul olmaqla yanaşı, həm də qazax yazıçı və şairlərinin qazax dilindən rus dilinə tərcüməsi ilə məşğuldur. O, qazax ədəbi-mədəni mühitində Qabit Müsrepov, Hacımurad Rəhimov, Tursun Jurtbayev, Kabdeş Cumadilov, Bibigül İmanqazına, Turusbek Sanketayev və b. bu kimi müəlliflərin əsərlərinin tərcüməçisi kimi olduqca məşhurdur.

Tanınmış qazax belletristi, yazıçısı, ədəbiyyat tənqidcisi, mədəniyyət xadimi və istedadlı jurnalisti Bigəldi Kayrdosulı Qabdullin doğma qazax dili ilə yanaşı, əsərlərini həm rus, həm də ingilis dillərində yazır, adlarını çəkdiyimiz hər bir dildən bir-birinə paralel tərcümələr edir və qazax bədii fikrinin dünyada yayılmasında son dərəcə geniş diapazonlu fəaliyyətlə məşğul olur. İstedadlı və orijinal bədii təfəkkür sahibi və tənqidçisi Bigəldi Qabdullinə onun paralel yaradıcılıq istiqamətlərində uğurlar diləyirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Yanvar 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see249

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see219

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see204

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see203

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see201

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see165

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see152

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see150

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see150

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see143

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see140

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see137

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see131

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see129

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see129

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see128

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see127

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri