Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Müasir tarix elmi: qlobal yanaşmalar və Azərbaycanın milli irsi

Müasir tarix elmi: qlobal yanaşmalar və Azərbaycanın milli irsi

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 27 mart - Elm Gününə həsr olunmuş “Tarix elminin aktual problemləri” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən AZƏRTAC-a məlumat verilib. Fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova bildirib ki, müasir dövrdə tarix elmi inkişafının ən maraqlı mərhələlərindən birini yaşayır. Son onilliklərdə yalnız tədqiqat mövzuları deyil, tarixi düşüncənin mahiyyəti, tarixçilərin istifadə etdiyi metodlar və tarixi biliklərin təqdim olunma formaları dəyişib. Tarix artıq yalnız siyasi hadisələrin və onun iştirakçılarının fəaliyyətinin təsviri ilə məhdudlaşmır, insanı, cəmiyyəti, mədəniyyəti, mentaliteti və tarixi təcrübənin müxtəlif formalarını araşdıran mürəkkəb və çoxşaxəli elmə çevrilir.

Dəyirmi masada Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik katibi, AMEA-nın həqiqi üzvü Nərgiz Axundovanın məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, XXI əsrdə tarix elmi qloballaşma, rəqəmsallaşma və beynəlxalq elmi əlaqələrin genişlənməsi şəraitində inkişaf edir. Əgər XIX əsrdə tarix əsasən dövlətlərin siyasi tarixini araşdıran elm sahəsi kimi formalaşmışdısa, bu gün onun mövzu dairəsi xeyli genişlənib.

Qeyd olunub ki, müasir tarixçilər cəmiyyətin gündəlik həyatı, mədəni praktikalar, sivilizasiyalararası əlaqələr, sosial yaddaş, identiklik, ekoloji tarix və digər istiqamətləri daha geniş şəkildə tədqiq edirlər. Beləliklə, tarix getdikcə zaman daxilində insan təcrübəsini öyrənən kompleks elmi sahəyə çevrilir. Müasir tarix elminin mühüm xüsusiyyətlərindən biri də milli tarix çərçivəsindən çıxmağıdır. Bu kontekstdə qlobal tarix, transmilli tarix və sivilizasiyalararası qarşılıqlı təsir tarixi kimi anlayışların geniş yayıldığı qeyd edilib. Bu yanaşma ayrı-ayrı ölkələrin tarixini daha geniş tarixi proseslərin tərkib hissəsi kimi araşdırmağa imkan verir. Vurğulanıb ki, Azərbaycan üçün bu yanaşma xüsusilə əhəmiyyətlidir. Çünki Azərbaycan tarixi əsrlər boyu müxtəlif sivilizasiyaların kəsişməsində formalaşıb.

Dəyirmi masada Azərbaycan tarixinin tədqiqində yeni istiqamətlər, dövlətçilik tarixi, İslam sivilizasiyası kontekstində Azərbaycan, eləcə də Azərbaycan tarix elminin qarşısında duran vəzifələr ətrafında müzakirələr aparılıb. Bildirilib ki, bu gün Azərbaycan tarix elmi tədricən dünya elmi mühitinə inteqrasiya olunur. Azərbaycan tarixi Avrasiya məkanının və İslam dünyasının mühüm hissəsidir və bu baxımdan beynəlxalq tədqiqatlar üçün böyük potensiala malikdir. Müasir tarix elmi daha çox fənlərarası xarakter daşıyır, qlobal yanaşmalar tətbiq edir və insan cəmiyyətinin müxtəlif tərəflərini araşdırır.

Sonda vurğulanıb ki, Azərbaycan tarixçilərinin qarşısında duran əsas vəzifə milli tarixi irsi qorumaqla yanaşı, onu dünya tarixinin geniş kontekstində təqdim etməkdir. Bu yanaşma Azərbaycanın Avrasiya və İslam dünyası tarixində tutduğu mühüm mövqeni daha aydın şəkildə göstərməyə imkan verəcək.

Fakültənin professor-müəllim heyətinin iştirakı ilə keçirilən dəyirmi masa müzakirələrlə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri