Icma.az
close
up
RU
Müasir texnologiyaların valideyn uşaq əlaqəsinə təsiri

Müasir texnologiyaların valideyn uşaq əlaqəsinə təsiri

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Psixoloq Nərmin Azad: “İnkişaf etmiş ölkələrdə uşaqların internet davranışına nəzarət çox ciddi qaydalarla tənzimlənir

“Uşağa telefon, internet və sosial şəbəkələrdən istifadə imkanı verən, lakin bunun nəzarətini təmin etməyən, övladının hansı səhifələrdə, hansı insanlarla ünsiyyətdə olduğunu bilməyən valideynlər bu kimi halların birbaşa səbəbkarlarıdır”

Müasir texnologiyalar ailə strukturu üçün həm fürsət, həm də təhlükə yaradır. “Telefon pisdir, uşaqlar çox istifadə edir” kimi sözlərlə yaxşı nəticə əldə etmək mümkün deyil.

Texnologiya demək olar ki, valideyn-uşaq münasibətini yenidən formalaşdırır. Ünsiyyətin ritmini, ailədaxili emosional dinamikanı, hətta valideynin avtoritet anlayışını dəyişir. Bəzi valideynlər uşaqla rəftarlarını bilmirlər. Elə valideyn var ki, “Evdə olsa da, evdə olmayan valideyn” rolunu yaxşı oynayırlar.

Smartfonların verdiyi fasiləsiz iş rejimi valideynləri fiziki olaraq evdə, amma psixoloji olaraq başqa məkanda saxlayır. Uşaq üçün bu, “diqqətsiz sevgi” hissi yaradır. Valideyn toxunur, amma dinləmir; cavab verir, amma əlaqə yaratmır. Bu, uşağın özünü ifadə etmə istəyini zəiflədir və “mən vacib deyiləm” mesajını formalaşdırır. Hər zaman deyirik ki, uşağın ilk müəllimi anasıdır. Bəli, ana ilk tərbiyənin, ilk danışığın göstəricisidir.

Günümüzdə sosial şəbəkər, oyun platformaları uşağın tərbiyəsi ilə məşğul olan digər bir sahədir. Alqoritmlər uşağın diqqətini cəlb etmək üçün ekstremal ritm, daha güclü rənglər və emosional şişirtmə istifadə edir. Bu isə valideynin rolunu zəiflədir: uşaq üçün “ən maraqlı” və “ən inandırıcı” mənbə artıq valideyn yox, ekrandakı fiqurdur.

“Rəqəmsal nəzarət” və gizli gərginlik valideynlərin GPS izləmə, ekran vaxtı məhdudiyyəti və tətbiq nəzarəti uşağın təhlükəsizliyi üçün nəzərdə tutulsa da, uşaqda “mənim özümə aid sahəm yoxdur” hissi yaradır. Təəssüf ki, bu hal gizli narazılığa və gənclərdə müstəqillik iddiasının daha sərt formalarına səbəb olur.

Hətta demək olar ki, müşahidələr əsasında artıq bir neçə yeni “rəqəmsal valideyn” tipi ortaya çıxıb: Misal üçün “Selfi-valideyn” –yəni  uşağın real ehtiyacından çox görüntüsünü və sosial mediada yaratdığı imici düşünür.

“Texno-panik valideyn” – texnologiyanı tam qadağan edir, nəticədə uşaq gizli istifadəçi olur. Bunu valideyn anlayanda isə çox gec olur.

“Rəqəmsal müttəfiq valideyn”lər isə  texnologiyanı uşağın dilində başa düşür, birgə istifadə edir, həmçinin sərhədi olan valideyn tipidir.

Günümüzdə gənclərin və uşaqların dialoqda çətinlik çəkdiklərini görürük. Bu isə onun göstəricisidir ki, deməli rəqəmsal mühitdə duyğular “emojisiz” tamamlanmır. Valideyn isə bunu “uşaq hər adamla danışmağı sevmir” kimi qiymətləndirir. Əslində isə uşaq ekranda daha rahat ünsiyyət qurma modelinə alışıb və real emosional çılpaqlıq onu narahat edir.

İnsan münasibətləri ritm üzərində qurulur. Misal üçün, baxmaq, dinləmək, reaksiya vermək. Texnologiya bu ritmi sürətləndirir, insan isə eyni sürətlə emosional işləmə gücünə sahib deyil. Valideyn–uşaq arasında tədricən “uyğunsuz ritm sindromu” yaranır: valideyn tez yorulur, uşaq tez sıxılır, hər ikisi ekranı sığınacaq kimi seçir.

Deməli, texnologiya nə düşməndir, nə də qurtarıcı. O, valideyn–uşaq münasibətlərində üçüncü tərəfə çevrilib və bu münasibət ona uyğun yenidən qurulmalıdır. Əsl məsələ texnologiyanı qadağan etmək deyil, ailə içi emosional əlaqəni ondan güclü saxlamaqdır. Övlad ailədə gördüyü münasibətdən aqressiv olur. Ailədə uşaq nə görürsə, mütləq şəkildə onu yansıdır. Bütün psixoloqlar və alimlər də bunu təsdiqləyirlər. Uşaq valideynin pis rəftarını, bəyənmədiyi hərəkətini gördükcə özü də valideyni kimi olur. Psixologiyada buna “koqnitiv dissonans” deyilir. Bəzən eşidirik, uşaq deyir ki, valideynim falçıya gedir, mənimlə kobud rəftar edir. Bir müddət sonra isə fikir veririk ki, valideynin etdiklərini eynən təkrar edir. “Nankor övlad”, “pis insan” belə yaranır. Çox uzağa getmədən, valideyn öz davranışlarına baxsa, uşağının niyə o vəziyyətdə olduğunu anlayar.

Psixoloq Nərmin Azad da bu fikirdədir ki, uşaq bir aynadır - o, evdə gördüyünü cəmiyyətə əks etdirir. Buna görə də tərbiyə evdən başlanmalı, məktəbdə isə davam etdirilməlidir: “Uşağa telefon, internet və sosial şəbəkələrdən istifadə imkanı verən, lakin bunun nəzarətini təmin etməyən, övladının hansı səhifələrdə, hansı insanlarla ünsiyyətdə olduğunu bilməyən valideynlər bu kimi halların birbaşa səbəbkarlarıdır. Elə hallar olur ki, müəllim və psixoloqların belə, bilmədiyi məlumatları şagirdlər sosial mediadan öyrənərək paylaşırlar. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə uşaqların internet davranışına nəzarət çox ciddi qaydalarla tənzimlənir. Yaponiyada məktəblilərin telefon istifadəsinə dair xüsusi “Uşaq smartfon qaydaları” tətbiq olunur - valideynlər uşağın gün ərzində telefonu neçə saat istifadə etdiyini və hansı tətbiqlərdə olduğunu izləyə bilirlər. Belə halların qarşısını almaq üçün təkcə məktəblərin məsuliyyətini artırmaqla nəticə əldə etmək mümkün deyil. Əksinə, məktəbin üzərinə əlavə məsuliyyət qoymaqla biz əsas problemi - valideyn məsuliyyətsizliyini kölgədə qoyuruq. Hər bir ailə bilməlidir ki, övladın tərbiyəsi nə qədər məktəbin işi olsa da, bu məsuliyyətin təməli evdə qoyulur. Məktəb uşağın davranışını formalaşdırmaqda mühüm rol oynasa da, məktəbin işi ailənin verdiyi təməl üzərində qurulur. Əgər evdə düzgün dəyərlər aşılanıbsa, məktəbdə bu dəyərlər möhkəmlənir. Övlad ailədə gördüyü münasibətdən aqressiv olur. Ailədə uşaq nə görürsə, mütləq şəkildə onu yansıdır. Bütün psixoloqlar və alimlər də bunu təsdiqləyirlər”.

Psixoloq deyir ki, uşaq valideynin pis rəftarını, bəyənmədiyi hərəkətini gördükcə özü də valideyni kimi olur: “Psixologiyada buna “koqnitiv dissonans” deyilir. Bəzən eşidirik, uşaq deyir ki, valideynim falçıya gedir, mənimlə kobud rəftar edir. Bir müddət sonra isə fikir veririk ki, valideynin etdiklərini eynən təkrar edir. “Nankor övlad”, “pis insan” belə yaranır. Çox uzağa getmədən, valideyn öz davranışlarına baxsa, uşağının niyə o vəziyyətdə olduğunu anlayar.

Əvvəllər valideynlər uşaqlara qarşı daha anlayışlı, mehriban olurdular, amma indi vəziyyət dəyişib. Bir tərəfdən valideynlər iş yükündən yorğun olur, günün çox hissəsini işdə keçirirlər, evə gələndə isə uşaqlarla ünsiyyətə vaxt ayırmaqda çətinlik çəkirlər. Nəticədə, az vaxtın içində uşaqlarla münasibət təkcə nəzarət və tənbeh üzərində qurulur. “Bu belə olmaz”, “sən belə etməlisən” kimi sərt və birtərəfli göstərişlər uşaqların ruhunda təzyiq yaradır. Müasir texnologiyalar da vəziyyəti daha da çətinləşdirir. Uşaqlar artıq əksər vaxtlarını telefon və kompüterlə keçirirlər. Valideynlər isə ya buna qarşı sərt reaksiya verir, ya da özləri də çox vaxtlarını sosial şəbəkələrdə keçirirlər. Bu ikili standart uşaqlarda qarışıqlıq və narazılıq yaradır. Onlar valideynlərinin nə istədiyini anlamaqda çətinlik çəkirlər, bu da ailə içi ünsiyyətin zəifləməsinə səbəb olur.

Odur ki, ailə, uşaq, valideyn münasibəti “qoşa qala divarları” ilə qorunmalıdır. Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir”.

Hazırladı: Jalə FAMİLQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Dekabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri