Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Müasirlik, peşəkarlıq, təbiətlə harmoniya və rahatlıq

Müasirlik, peşəkarlıq, təbiətlə harmoniya və rahatlıq

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bu keyfiyyətlər istedadlı memar Fəxrəddin Verdiyevin yaradıcılıq üslubunu müəyyən edir

Bakı, 21 iyun, Abdulla Suvar, AZƏRTAC

Fəxrəddin Verdiyev 1981-ci ildə Bakıda dünyaya göz açıb. Görkəmli mədəniyyət xadimi, rəssam, Azərbaycan teatr və kinosunun tanınmış aktyoru Fazil Salayevin nəvəsidir. 2002-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.

Gənc yaşlarından müxtəlif şirkətlərdə çalışıb. Peşəsinə sonsuz bağlılıq və zəhmətsevərliyi onu az vaxtda memarlar arasında fərqləndirib. 2005-2014-cü illərdə həmin dövrün aparıcı tikinti şirkətlərindən olan “AİKON CPİT”də baş memar vəzifəsində çalışıb, şirkətin inkişafında mühüm rol oynayıb. 2011-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” adına layiq görülərək ən uğurlu gənc memar kimi mükafatlandırılıb. Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzinin layihəsinin, eləcə də digər özəl layihələrin müəllifi olub.

Azərbaycan Milli Xalça Muzeyinin, Beynəlxalq Muğam Mərkəzinin, Milli İdman və Tibb Elmi-Praktik Reabilitasiya İnstitutunun, Quba Soyqırımı Memorial Kompleksinin, eləcə də Qazax rayonunda Tarix və Diyarşünaslıq Muzeyinin tikintisinə rəhbərlik edib. Qazax şəhərinin abadlaşdırılmasında, yeni Tarix-Diyarşünaslıq Muzeyinin tikintisinin həyata keçirilməsində, onun interyerinin və ekspozisiyalarının yaradılmasında xidmətlərinə görə fəxri fərmanla təltif olunub. 25 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərən Fəxrəddin Verdiyev son illərdə dayanıqlı memarlıq prinsiplərini əsas tutaraq, insan və memarlıq mühitinin qarşılıqlı təsirinin öyrənilməsinə xüsusi diqqət yetirir.

AZƏRTAC-ın müxbiri Azərbaycan Memarlar İttifaqının “Dayanıqlı memarlıq” üzrə yaradıcılıq komissiyasının sədri, təcrübəli memar Fəxrəddin Verdiyevlə həmsöhbət olub.

-Memarlıq ustad tələb edən bir peşədir. Siz kimi öz müəlliminiz və ustadınız hesab edirsiniz?

- Bu peşədə bilik və bacarıqdan başqa, həm də yol göstərən, ilham verə bilən müdrik bir müəllimə ehtiyac var. Mənim üçün belə bir ustad, Azərbaycanın Əməkdar memarı Rəhim Seyfullayevdir. O, SSRİ Memarlar və SSRİ Rəssamlar ittifaqlarının üzvü, Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvüdür. 2000-2002-ci illərdə onunla işləmək mənim ilk peşəkar təcrübəm oldu. Rəhim Seyfullayevin rəhbərliyi altında “Gümüş Residence” müsabiqə layihəsində iştirak edib qalib gəldik. Onunla birlikdə çalışmaq mənə memarlıq sənətinin incəlikləri ilə tanış olmaqla yanaşı, həm də işdə yaradıcı yanaşmanın və məsuliyyətin qorunmasının nə qədər vacib olduğunu göstərdi. Ustad memarın memarlığa yanaşması mənim peşə yolumun formalaşmasında əsas rol oynadı.

- Öz sahənizdə uğurlu və tanınmış memar və milli əhəmiyyətli layihələrin meneceri kimi karyeranızda uzun bir yol keçmisiniz. Sizcə, karyerada belə uğur qazanmaq üçün nə vacibdir?

-İlk növbədə, memar daim özünü inkişaf etdirməli, bu sahədə təlim almalıdır. Memarlıq yeni texnologiyaların, materialların və daim üslubların yarandığı dinamik bir sahədir, buna görə də bütün dəyişikliklərdən xəbərdar olmaq son dərəcə mühüm və vacib amildir. Bu gün Bina İnformasiya Modelləşdirməsi (BIM) vasitəsilə layihələşdirmədən bir memarın işini təsəvvür etmək artıq çətindir. Bir müddət əvvəl belə deyildi, sabah isə süni intellektdən istifadə etmədən işi təsəvvür etmək çətin olacaq.

Eyni zamanda, komandada səmərəli işləmək bacarığı da az əhəmiyyət kəsb etmir. 2009-cu ildə Şəmkir Olimpiya İdman Kompleksinin və 2014-cü ildə Azərbaycan Milli Xalça Muzeyinin açılışına bir neçə ay qalmış şirkət tikinti obyektlərində eyni zamanda 1000-dən çox inşaatçı işləyirdi ki, onların koordinasiyası komanda ilə sinerji tələb edir. İrimiqyaslı layihələrin idarə olunması təkcə texniki biliklər deyil, həm də liderlik keyfiyyətləri - prosesi təşkil etmək, əsaslandırılmış qərarlar qəbul etmək və məsuliyyət tələb edir.

- Bu yaxınlarda Memarlar İttifaqında dayanıqlı memarlıq və müasir ev mövzusunda master-klas keçirmisiniz. Sizcə, memarlar arasında ekoloji cəhətdən həssas yanaşmanı təşviq edən belə səylər nə dərəcədə vacibdir?

-Memarlar İttifaqında keçirilən master-klas mənim üçün təkcə bilikləri bölüşmək deyil, həm də peşəkar ictimaiyyət daxilində mühüm söhbətə başlamaq imkanı oldu. Biz memarlığın ekologiya və dayanıqlıq kontekstindən kənarda mövcud ola bilməyəcəyi bir dövrdə yaşayırıq. Artıq buna tendensiya kimi yox, norma kimi baxmaq lazımdır. Bir memar kimi, mən əminəm ki, yaşayış binalarında enerji istehlakının azaldılması sadəcə texniki məsələ deyil, cəmiyyət və ətraf mühit qarşısında məsuliyyətimizdir. Passiv memarlıq texnikalarından, enerjiyə qənaət edən materiallardan və müasir mühəndislik sistemlərindən istifadə bizə təbiətlə harmoniyada olan və insanın rifahına xidmət edən evlər yaratmağa imkan verir.

- Bu yaxınlarda Moskvada beynəlxalq elmi-praktik konfransda məruzəniz dinlənilib. Sizcə, Azərbaycanda və Rusiyada memarlıq tendensiyaları fərqlidirmi?

-Bəli, 2025-ci ilin mart ayında Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Rusiya Rəssamlıq Akademiyasının Memarlıq şöbəsinin təşkilatçılığı ilə, V.İ.Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunda XII Beynəlxalq Elmi-Praktik Konfransı keçirilmişdir. Təqdimatım “Dayanıqlı inkişaf nöqteyi-nəzərindən şəhərlərin optimal strukturu” mövzusuna həsr olunmuşdu. Məruzəmin iştirakçılar üçün maraqlı olduğunu mənə verilən suallardan bir daha hiss etdim. Məruzəm digər iştirakçıların çıxışları ilə birlikdə, Rusiya Elm Sitat İndeksində qeydiyyata alınan məqalələr toplusu şəklində dərc ediləcək.

Azərbaycan və Rusiya memarlıq tendensiyaları arasındakı fərqdən danışarkən, qeyd etmək olar ki, son illər Rusiyada rəqəmsal texnologiyaların (xüsusən də, BİM) geniş tətbiqi, hazırda istifadə olunmayan köhnə sənaye zonalarının aktiv şəkildə yeni təyinatla funksional istifadəsi üçün rekonstruksiyası və rahat ictimai məkanlarının formalaşması müşahidə olunur.

Azərbaycanda, memarlıq mədəni irsin müasir dünya standartları ilə ahəngdar vəhdəti istiqamətində inkişaf edir. Yaşıl tikinti, adaptiv dizayn və dayanıqlı dizayn strategiyalarına maraq artır. İnkişaf vektoru bir çox cəhətdən oxşardır: hər iki ölkənin memarlığı daha çox dayanıqlılığa, insan yönümlülüyə, təbiətə və gələcək nəsillərə qarşı məsuliyyətə doğru irəliləyir.

- Fəxrəddin müəllim, siz həm də görkəmli və tanınmış memarların üzv olduğu Azərbaycan Memarlar İttifaqının “Dayanıqlı memarlıq” üzrə yaradıcılıq komissiyasının sədrisiniz. Bu sizin peşənizdə mühüm bir pilləyə çatdığınızı göstərir. Sizin missiyanız nədir?

-Assosiasiya Azərbaycanda memarlığın inkişafında əsas rol oynadığından innovativ və kreativ həllərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə fəal yardım edir, memarların davamlı peşəkar inkişafına mühüm töhfə verir. Memarlar İttifaqının strategiya və dəyərlərini bölüşərək, Azərbaycanın memarlıq praktikasında enerji səmərəliliyi, ətraf mühitə uyğunluq və sosial məsuliyyət prinsiplərinin həyata keçirilməsinə töhfə verməyə çalışıram. Nəhayət, mənim missiyam peşəkar ictimaiyyəti, insanlar üçün faydalı, təbiətə hörmətlə yanaşan və gələcək nəsillər üçün dayanıqlı mühit dizayn etməyə təşviq etməkdir. Memarlar İttifaqında biz dizaynda dayanıqlı həllər hazırlamaq üçün memarlar arasında dialoq platforması yaradırıq.

-Amerika Memarlar İnstitutunun Beynəlxalq Assosiativ Memarı və ABŞ-ın Kaliforniya Yaşıl Tikinti Şurasının üzvü olaraq qlobal memarlıq tendensiyalarında nəyi fərqləndirirsiniz? Onlardan bizim üçün aktual olanı nədir?

-Hazırda dünyada memarlıq gündəmi getdikcə daha çox iqlim dəyişikliyinə uyğunlaşmağa yönəlib. Prioritet şəhər mühitində insanların rifahı və şəhərlərin iqlim dəyişikliyi ilə əlaqədar olaraq ehtimalı əhəmiyyətli dərəcədə artan mümkün təbii fəlakətlərin təhlükələrindən qorunmasıdır. Getdikcə memar və mühəndislər daha çox beynəlxalq dayanıqlıq standartlarına, o cümlədən LEED (Enerji və Ətraf Mühitin Dizaynında Liderlik) prinsiplərinə və digər sertifikatlaşdırma sistemlərinə diqqət yetirir. Hesab edirəm ki, həmin yanaşmaların yerli kontekstə inteqrasiyası - yerli kontekstə uyğunlaşma şərti ilə, ölkəmizin iqlimi, mədəniyyəti və iqtisadi reallıqları nəzərə alınmaqla - müasir, dayanıqlı və rəqabətə davamlı memarlıq təcrübəsinin inkişafı istiqamətində mühüm addımdır.

- Zəhmətinizə verilən yüksək dəyər sizin üçün nədir?

-Memarın işinin qiymətləndirilməsi ona stimul verir, yeni yaradıcılıq axtarışlarına həvəsləndirir. 2011-ci ilin avqustunda Prezident İlham Əliyev Vergilər Nazirliyinin Təhsil Mərkəzinin açılışında çıxış edərkən demişdir: “Mən ümid edirəm ki, bu binada tədris ediləcək məsələlər o dərəcədə keyfiyyətli olacaqdır ki, peşəkarlıq səviyyəsi bu binanın xarici görünüşünün səviyyəsinə uyğun gələcəkdir”.

Ən yüksək səviyyədə göstərilən bu qiymətləndirmə işimə verilən dəyərli mükafat, ilham və böyük qürur mənbəyi oldu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri