Icma.az
close
up
RU
Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu il müavinət və təqaüdlərdə də növbəti artımlar ediləcək.

Turkustan.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, ilin əvvəlindən reallaşdırılan növbəti sosial islahat paket çərçivəsində minimum əmək haqqı 16 faiz artımla 400 manata çatdırılıb:

"Müxtəlif sahələrdə əmək haqqı artımları, pensiyaların indeksləşdirilərək artırılması, fevralın 1-dən isə minimum pensiyanın 14,3 faiz artımla 320 manata çatdırılması təmin edilib, yeni sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə də bu il növbəti artımlar ediləcək".

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, sosial ödənişlərin artırılması ilə yanaşı, məşğulluğun təminatına yönələn proqramlar getdikcə daha da genişləndirilir, dövlət sosial xidmətlərində innovativ həllərin geniş tətbiqi işləri davam etdirilir.

İclasda nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin birinci rübdə proqnoza nisbətən 14 faiz və ya 249 mln. manat çox olmaqla 2 mlrd. 14 mln. manat, xərclərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 163 mln. manat artaraq 1 mlrd. 864 mln. manat təşkil etdiyi vurğulanıb.

Bu dövrdə pensiya ödənişlərinə də ötən ilin müvafiq dövrünə nisbətən 156 mln. manat və ya 10 faiz çox olmaqla 1 mlrd. 768 mln. manat vəsait yönəldildiyi, 475 min nəfərə müavinət olaraq 275 mln. manat, 402 min nəfərə Prezident təqaüdləri olaraq 173 mln. manat ödənildiyi qeyd olunub.

Bu ilin birinci rübündə nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 84,7 min şəxsi aktiv məşğulluq proqramlarına cəlb etdiyi, o cümlədən 27,2 min şəxsin işlə təminatının həyata keçirildiyi, 1195 şəxsin özünüməşğulluq proqramına, 1221 işsiz şəxsin peşə kurslarına, 55,1 min şəxsin peşəyönümü xidmətlərinə cəlb edildiyi bildirilib.

Eyni zamanda yanvar-mart aylarında 11,6 min şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 27,9 min şəxsin reabilitasiya xidmətləri, 4,5 min şəxsin 29,4 min reabilitasiya vasitəsi ilə təmin edildiyi diqqətə çatdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Aprel 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri