Icma.az
close
up
RU
Mübahisə etdiyi şəxsi baltaladı Qaçanda özünü maşın vurdu

Mübahisə etdiyi şəxsi baltaladı Qaçanda özünü maşın vurdu

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda Azər İbrahimovun qətlə yetirilməsi faktı üzrə təqsirləndirilən, əvvəllər məhkumluq həyatı yaşamış Təbriz Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Təbriz Həsənov vəsatət qaldıraraq cinayət işinə prokurorluqda yenidən baxılmasını tələb edib. O, məhkəmədə çıxış edərək özünə qarşı haqsızlıq edildiyini iddia edib. Hakim cavabında bildirib ki, təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında törətdiyi cinayət əməlini etiraf edib. Bununla belə, Təbriz Həsənov yenidən sərbəst ifadə vermək istədiyini qeyd edərək məhkəmədən bu barədə xahiş edib. Dövlət ittihamçısı isə təqsirləndirilən şəxsin vəsatətini əsassız hesab edərək etiraz edib. O qeyd edib ki, şahidlər dindirildikdən sonra ifadələrdə ziddiyyət yarandığı təqdirdə təqsirləndirilən şəxsin yenidən ifadə verməsinə ehtiyac yarana bilər. Dövlət ittihamçısı əlavə edib ki, hazırkı mərhələdə işin yenidən ibtidai istintaqa qaytarılması qeyri-obyektiv olardı. Eyni zamanda, dövlət ittihamçısı bildirib ki, qətldən sonra baş vermiş avtonəqliyyat hadisəsi ilə bağlı müvafiq sorğular göndərilməlidir. “Hadisə yerindən qaçarkən Təbriz Həsənovun naməlum avtomobil tərəfindən vurulması ilə bağlı avtomobilin kimə məxsus olması və digər məlumatlar dəqiqləşdirilməlidir. Hazırda yalnız Seymur adlı şəxsin adı məlumdur. Məlumatlar əldə edildikdən sonra məsələyə münasibət bildiriləcək”, - deyə o qeyd edib. Zərərçəkmişin hüquqi varisi dövlət ittihamçısının vəsatəti ilə razı olub. Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. Şahidlərin məcburi gətirilməsi qərarına baxmayaraq, onlar prosesdə iştirak etməyiblər. Məhkəmə müşavirə keçirərək şahidlərin iştirakı təmin olunmadığından prosesi təxirə salıb. Bu səbəbdən növbəti məhkəmə iclası sentyabrın 12-nə təyin olunub.
Qeyd edək ki, 2024-cü ilin oktyabrın 13-də, saat 22 radələrində Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimov kəsici alətlə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İstintaqla müəyyən olunub ki, Azər İbrahimov həmin gün yaxınları ilə restoranda yeyib-içdikdən sonra baş vermiş mübahisə zamanı balta ilə qolundan və kürəyindən xəsarət alıb. Ağır yaralı vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Təbriz Həsənov hadisə yerindən qaçarkən naməlum avtomobil tərəfindən vurularaq xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 İyul 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri