“Mübahisə yaratmaq niyyətində deyilik” İspaniya Futbol Federasiyasının prezidenti Yamalla bağlı
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Luzan, “Barselona”nın hücumçusu Lamin Yamalın noyabr ayında Gürcüstan və Türkiyəyə qarşı keçiriləcək 2026-cı il dünya çempionatı seçmə oyunları üçün milli komandanın heyətindən kənarlaşdırılması ilə bağlı şərh verib.
İdman.Biz bildirir ki, Yamal tibbi səbəblərə görə İspaniya milli komandasından kənarlaşdırılıb.
“Biz oyunçuya qayğı göstərməliyik. Bəzən daha yaxşı həll edilə biləcək hallar yaranır, amma o, klub oyunçusudur, milli komanda oyunçusudur və hər ikisi üçün vacibdir. Onun tez bir zamanda sağalmasına ümid edəcəyik. Bunlar gözlənilməz hallardır və biz hərəkətə keçməliyik. Mübahisə yaratmaq niyyətində deyilik. Əsas odur ki, o, klubu və milli komanda ilə birlikdə olsun”, - deyə “Marca” Luzanın sözlərini sitat gətirir.
Yamal barədə qərar milli komandanın tibb heyətinin razılığı olmadan verilib və bu, məşqçilər heyəti arasında təəccüb və narazılığa səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 11 Noyabr 2025 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















