Tebas İspaniya Futbol Federasiyasının vitseprezidenti təyin edildi
Xavyer Tebas İspaniya Futbol Federasiyasının vitse-prezidenti təyin edilib.
Futbolpress.az xəbər verir ki, 62 yaşlı mütəxəssis 2024-cü ildən 2028-ci ilə kimi vəzifəsini icra edəcək. Maraqlıdır ki, yeni İdarə Heyəti ilk dəfə olaraq bərabər şəkildə kişi və qadınlardan ibarətdir. İdarə Heyətinin 25 faizi müstəqil üzvlərdir.
2023-cü ilin dekabrında Tebas İspaniyanın ən yaxşı yarışmasının prezidenti olaraq qalmaq üçün La Liqa seçkilərində qalib gəlib.
Baxış sayı:55
Mənbə:https://futbolpress.az