Icma.az
close
up
RU
“Mübarizəmizi əzmlə davam etdirməliyik”

“Mübarizəmizi əzmlə davam etdirməliyik”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Bəhruz Məmmədzadə: “Müxtəlif platformalarda informasiya hücumları ilə üzləşirik”

Xocalı soyqırımından 33 il ötür. Bu illər ərzində Azərbaycan xalqı bu dəhşətli soyqırım aktını heç bir zaman unutmadı və bir sıra ölkələrdə soyqırımı aktı kimi tanıdılmasına nail oldu.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.[2] Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə “Xalq Cəbhəsi”nə müsahibəsində maraqlı məqamlara toxundu.

- Xocalı soyqırımından 33 il keçir. Bu tarix Azərbaycan üçün nə deməkdir?

- Bu tarix Azərbaycanın qan yaddaşıdır və heç bir zaman unudulmayacaq. 1992-ci il fevralın 26-da azərbaycanlılara qarşı görünməmiş vəhşilik baş verdi, bütün dünyanım gözü qarşısında soyqırımı aktı törədilidi. Erməni vandalları Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə xocalıların timsalında nəinki azərbaycanlılara, türk dünyası və müsəlmanlara, ümumiyyətlə bəşəriyyətə qarşı görünməmiş vəhşilik etdilər. Ona görə də Xocalı soyqırımı bəşəri cinayətdir.

- Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işləri qaneedici hesab etmək olarmı?

- Biz, bu soyqırımı aktının dünya ictimaiyyətinə çatdırılması üçün ciddi səy göstərməliyik. Təkcə Azərbaycanın diplomatik korpusları, müxtəlif dövlət strukturları deyil, diaspor təşkilatları ilə yanaşı, Qeyri-Hökumət Təşkilatları və media orqanları ciddi fəaliyyət yürütməlidirlər. Beynəlxalq platformalarda bu istqiamətdə fəaliyyətimizi daha da gücləndirməliyik. Hesab edirəm ki, üzərimizə düşən ciddi məsuliyyət yükü var və bu daha aktiv fəaliyyət göstərməyimiz üçün əsas olmalıdır.

Onu da əlavə edim ki, Xocalı faciəsinin bütün dünyada tanıdılması istiqamətində ən böyük və mühüm layihələri Heydər Əliyev Fondu həyata keçirib. “Xocalıya ədalət” kampaniyası çərçivəsində önəmli və effektiv fəaliyyət göstərilib.

- Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq. Əldə etdiyimiz qələbə bu ağrını azaldacaqmı?

-Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı. Əlbəttə, Xocalı soyqırımının qurbanlarının, eyni zamanda şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Şuşanı və digər ərazilərimizi işğaldan azad etməklə düşmən heç bir zaman unutmayacağı mənəvi psixoloji zərbə aldı.

Azərbaycan əsgəri Şuşa əməliyyatı ilə bütün dünyaya sübut etdi ki, işğalla heç bir zaman barışmayacaq və belə də oldu. Ermənistan rüsvayçı şəkildə kapitulyasiyaya imza atdı.

Əlbəttə, biz, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik, torpaqlarımız işğaldan azad olunub, düşmənə sarsıdıcı zərbə vurulub. Bu gün işğaldan azad edilmiş ərazilərdə, eyni zamanda Xocalıda bərpa-quruculuq işləri gedir, insanlar öz doğma torpaqlarına qayıdırlar.

Xocalı canilərinin bir çoxu artıq Azərbaycanda həbsdədir və məhkəmədə onlar hansı vəhşilikləri törətdiklərini etiraf edirlər. Bunlar erməni vandalizminin gerçək simasıdır.

Bu günlərdə Xocalı qatillərindən olan Levon adlı erməninin sosial şəbəkələrdə yayımlanan vəhşilikəri barədə məlumatlar verməsi, onların soyqırımı etirafıdır. Bütün bu faktların dünya ictimaiyyətinə çatdırılması vacib şərtdir.

Hesab edirəm ki, tarixi qələbəmiz və döyüş meydanında aldığımız qisas bizə təskinlik versə də, Xocalı soyqırımını heç bir zaman unuda bilmərik.

- Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşü zamanı səmimi söhbət etdi və önəmli mesajlar verdi...

- Əlbəttə dövlət başçısınını çıxışı Azərbaycan dövlətinin qətiyyətini göstərir. Eyni zamanda Ermənistanla yanaşı, onların himayədarlarına verilən gözdağıdır. Həmçinin xocalılar başda olmaqla Azərbaycan ictimaiyyətində yaradılan əminlik hissidir.

Böyük Qayıdış, bərpa-quruculuq işləri və digər məsələlərlə bağlı Cənab Prezidentin fikirləri Azərbaycan dövlətinin gücünü göstərir.

Dövlətimiz hərb və diplomatik sahədə, eyni zamanda informasiya savaşı cəbhəsində həlledici uğurlara imza atıb. Amma vətəndaş cəmiyyəti strukturları da dövlətə ciddi dəstək verməlidir.

Bu gün vətəndaş cəmiyyəti nümayəndələri olaraq Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılası üçün daha ciddi şəkildə çalışmalıyıq. Tarixi qələbə qazanmağımız və torpaqlarımızı işğaldan azad etməyimiz bizi arxayınlaşdırmamalıdır. Çünki informasiya savaşı davam edir və erməni lobbisi qarayaxma kampaniyalarını davam etdirir. Dövlət başçısı müsahibələrində dəfələrlə bu məqama toxunub.

Ona görə də informasiya müharibəsi cəbhəsində ciddi mübarizə qaçılmazdır.

Erməni lobbisinin maliyyə dəstəyi ilə xarici mediada Azərbaycana qarşı ciddi informasiya müharibəsi aparılır. Həmçinin müxtəlif ölkələrin parlamentlərində, müəyyən siyasi təşkilatlarda və digər platformalarda informasiya hücumları ilə üzləşirik. Bütün bunlar onu deməyə əsas verir ki, qələbə bizi arxayın etməməli, əksinə tarixi qələbənin verdiyi motivasiya ilə daha ciddi fəaliyyət göstərməli və mübarizəmizi əzmlə davam etdirməliyik.

Röya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Fevral 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri