Müdafiə Nazirliyinin İstirahət evi nin rəisi həbs edilib YENİLƏNİB
Icma.az bildirir, Apa.az portalına istinadən.
Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi, mayor İlham Haqverdiyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.
APA xəbər veri ki, təqdimata bu gün Bakı Hərbi Məhkəməsində baxılıb.
Məhkəmə istintaq orqanın təqdimatını təmin edib və mayor İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi, mayor İlham Haqverdiyev bu gün saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
***
17:08
Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi saxlanılıb.
APA xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.
Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq.
Qeyd edək ki, İlham Haqverdiyevin saxlanılması barədə ilkin olaraq "Qafqazinfo" məlumat yayıb.
Müdafiə Nazirliyinin Abşeronun Görədil kəndində yerləşən Mərkəzi Sanatoriyası hazırda "İstirahət evi" adlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 16 Oktyabr 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















