Icma.az
close
up
RU
Müddətli həqiqi hərbi xidmətə çağırış və tibbi müayinələrə cəlb edilmə barədə bildirişlər “myGov” portalına inteqrasiya edilib

Müddətli həqiqi hərbi xidmətə çağırış və tibbi müayinələrə cəlb edilmə barədə bildirişlər “myGov” portalına inteqrasiya edilib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 sentyabr tarixli Fərmanına əsasən, çağırış yaşında olan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.

Bu barədə  Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu sahədə normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli Qanunu qəbul edilib.

Həmin Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən, “çağırışdan boyun qaçırma” dedikdə, vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Miqrasiya Məcəlləsində dəyişiklik olunub.

Hazırkı dövrdə əhali üçün təqdim edilən müasir rəqəmsal həllər həm rahatlıq, həm də vaxta qənaət baxımından olduqca önəmlidir. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bir sıra proaktiv xidmətlərin göstərilməsi, vətəndaşlarla əyani təmasın minimuma endirilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununda edilən dəyişikliklərə əsasən hərbi xidmətlə bağlı məlumat əldə edilməsi və hərbi vəzifələrin (qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışın (o cümlədən tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi), çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsi) yerinə yetirilməsi üçün yeni imkanlar nəzərdə tutulub.

Qanuna edilmiş dəyişikliklərə əsasən, vətəndaşlar (çağırışaqədər yaş həddində olanlara münasibətdə isə onların qanuni nümayəndələri - valideynləri, övladlığa götürənlər və ya himayəçiləri) tərəfindən öz hərbi vəzifələrinin icrası ilə bağlı məlumatlarla tanış olmaq, məlumatları əldə etmək, müvafiq məlumatların dəyişdirilməsi üçün müraciət etmək, dəyişikliklərlə bağlı məlumat almaq, müraciətləri elektron formada göndərmək, xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək üçün Elektron Hökümət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifə (elektron kabinet) yaradılmalıdır.

Hazırda Elektron Hökümət İnformasiya Sistemi vasitəsilə “Vətəndaşın hərbi qeydiyyatda olması haqqında”, “Vətəndaşın hərbi xidmət keçməsi barədə” arayışların verilməsi elektron qaydada həyata keçirilir, həmçinin ilkin mərhələdə 6 növ arayışın “My Gov” mobil tətbiq üzərindən vətəndaşlara təqdim olunması istiqamətində işlər yekunlaşmaqdadır.

Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının hərbi xidmətə çağırışı, o cümlədən tibbi müayinədən keçməsi və tibbi şəhadətləndirmə ilə bağlı məlumatlandırma, həmçinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilir, bununla bağlı çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirilir.

Qeyd edək ki, Dövlət Xidmətləri üçün göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir. Qanunvericiliyə edilmiş dəyişikliklər milli təhlükəsizliyimizi gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətli komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see247

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see209

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see201

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see175

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see163

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see162

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see147

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see141

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see138

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see137

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see135

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see134

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri