Müddətsiz əlilliyi olan gəncin atası: Hər il komissiyaya çağırırlar VİDEO
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Bakı sakini, II qrup müddətsiz əlilliyi olan və autizm diaqnozu ilə qeydiyyatda olan Ağakərim Abdullayevin mütəmadi olaraq hərbi tibbi müayinələrə çağırıldığı iddia edilir.
"Cebheinfo.az" xəbər verir ki, Bu barədə onun atası Baku TV-nin qaynar xəttinə müraciətində məlumat verib.
Valideyn bildirib ki, oğlunun şəxsi mobil telefonu olmadığından hərbi tibbi müayinələrlə bağlı bildirişlər onun telefon nömrəsinə göndərilir.
“Dəfələrlə izah etmişəm ki, övladım II qrup müddətsiz əlildir. Buna baxmayaraq, bizi bir komissiyadan digərinə göndərirlər. Keçən il də müayinədən keçdik, psixiatr rəy verdi. Ancaq yenidən çağırışlar başlayıb. İndi onu qan analizinə göndərirlər. Həkimlərdən qorxduğu üçün damarından qan götürmək, demək olar ki, mümkün deyil”, – deyə ata bildirib.
Onun sözlərinə görə, bu proses ildə bir neçə dəfə təkrarlanır. Ailə övladının hərbi xidmətə yararsız olduğunu təsdiqləyən müvafiq sənədin verilməsini və davamlı çağırışlara son qoyulmasını istəyir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 İyul 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















