Mudrik yığmamıza qarşı oynaya biləcək?
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
“Çelsi”nin oyunçusu Mixail Mudrik 4 illik müddətə futboldan uzaqlaşdırıla bilər. 23 yaşlı yarımmüdafiəçinin dopinq testi müsbət nəticələnib.
Onun “A” nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın günlərdə “B” nümunəsinin nəticəsi də açıqlanacaq. Artıq Ukrayna yığmasının üzvü ilə bağlı ilk qərar verilib. İngiltərə Futbol Assosiasiyası Mudriki müvəqqəti olaraq qeyri-müəyyən müddətə futboldan kənarlaşdırıb. Futbolçu haqda yekun qərar sonuncu testin nəticəsinə əsasən veriləcək. Ukrayna mətbuatında Mixailin 4 il müddətinə futboldan uzaqlaşdırılacağı haqda məlumatlar yayılıb.
Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsində milli komandamızın rəqibidi. Mudrik isə ölkəsinin aparıcı üzvlərindən sayılır. Başqa sözlə, Ukrayna yığması seçmə turnirdə Mixailin xidmətindən məhrum olmaq təhlükəsi ilə üzləşib. Yığmamız Ukrayna ilə ilk oyununu 2025-ci il sentyabrın 9-da evdə, növbəti matçını isə oktyabrın 13-də səfərdə (böyük ehtimalla məlum səbəbdən neytral meydanda) keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 23 Dekabr 2024 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















