Icma.az
close
up
RU
“Müəllim keçdiyi fənnin dərsliyindən xəbərsizdirsə…” TƏHSİL EKSPERTİ MÜƏLLİMLƏRİ TƏNQİD ETDİ FOTO

“Müəllim keçdiyi fənnin dərsliyindən xəbərsizdirsə…” TƏHSİL EKSPERTİ MÜƏLLİMLƏRİ TƏNQİD ETDİ FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyunun 18-i Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin sertifikasiya imtahanı, xüsusilə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə iştirak edən müəllimlər arasında ciddi narazılıqlara səbəb olub.
Avtosfer.az xəbər verir ki, imtahanda iştirak edən bir çox müəllim sosial şəbəkələrdə və müxtəlif platformalarda fikirlərini qeyd edib. Onalr sualların həm məzmun, həm də zaman baxımından uyğun şəkildə tərtib olunmadığını bildiriblər.


Müəllimlərin əsas narazılığı imtahanda təqdim olunan yeni tipli suallarla bağlıdır. Onlar iddia edirlər ki, suallar dərin məntiq və analiz tələb edir və bu cür sualları imtahan üçün ayrılmış qısa zaman çərçivəsində cavablandırmaq çətin olub.
Bundan əlavə, bəzi müəllimlər fənlər üzrə ayrı-seçkilik olduğunu da iddia ediblər. Onların fikrincə, bəzi fənlər üzrə suallar daha sadə və vaxt baxımından cavablandırılması asan olduğu halda, Azərbaycan dili və ədəbiyyat fənni üzrə suallar daha kompleks və analiz yönümlü olub.


Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov saytımıza açıqlamasında bildirib ki, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanı ilə bağlı yaranan şikayətlər, xüsusilə də “vaxt çatmır”, “çətin suallardır”, “ayrıseçkilik var” iddiaları bir daha göstərdi ki, ölkədə bir sıra müəllimlər hələ də məsuliyyəti öz üzərinə götürmək əvəzinə, sistemə və prosesə irad bildirməklə kifayətlənirlər:
"Əgər bir müəllim dərs dediyi fənnin dərsliyini tam şəkildə oxumayıbsa, illərlə təkrar etdiyi mövzuları təməl səviyyədə belə izah edə bilmirsə, bu artıq nə sistemin, nə də imtahan formatının problemi deyil, bu, bilavasitə həmin müəllimin peşəkar hazırlıq və vicdan məsələsidir.
Sertifikasiya imtahanları bütün fənlər üzrə eyni qaydada həyata keçirilir. Azərbaycan dili və ədəbiyyat müəllimlərinin ayrıseçkiliyə məruz qaldığını iddia etmələri reallıqdan uzaq, öz biliksizliyini ört-basdır etmək cəhdidir. Niyə riyaziyyat, informatika və ibtidai sinif müəllimləri bu qədər səssiz şəkildə imtahana girir, nəticə əldə edir, nəticəsini qəbul edir, amma dil-ədəbiyyat müəllimləri bu qədər səs-küy salır? Çünki bu fənnin bəzi təmsilçiləri uzun illər ərzində oxumadan, öyrənmədən, sırf dil daşıyıcısı olduqları üçün özlərini “ixtisaslı” hesab ediblər. Lakin sertifikasiya imtahanı bu görüntünü dağıtdı və gerçəyi ortaya qoydu – savadsızlıq, tənbəllik, məsuliyyətsizlik".
Ekspert qeyd edib ki, suallar açıq deyil test formasında keçirilib:
"Müəllim iddia edir ki, “sual çoxdur, vaxt azdır”. Amma reallıq budur ki, suallar açıq deyil, test formatındadır, özü də 8–11-ci sinif dərsliklərinə əsaslanır. Əgər bir müəllim bu siniflərdə dərs deyirsə və dərsliyə hakim deyilsə, bu, artıq peşəkar fəlakətdir. Hələ bəzi müəllimlər etiraf edir ki, sertifikasiya imtahanına qədər heç vaxt mövcud dərslikləri tam şəkildə oxumayıb. Bəs necə dərs keçirdin on illərlə? Hansı əsasla şagirdə qiymət verdin? Özünün izah edə bilmədiyin mətnə necə analiz verdin?
Qeyd edilən “vaxt çatmır” şikayəti də daha çox psixoloji və hazırlıqsızlıqla bağlıdır. Bilikli müəllimə görə 120 dəqiqə 60 suala cavab vermək üçün kifayət qədər optimal zamandır. Amma müəllim dərslik əvəzinə illərlə əzbərə, köhnə proqramlara, şablon testlərə güvənibsə, əlbəttə ki, imtahan onun üçün çətin olacaq. Xüsusilə də Azərbaycan dili və ədəbiyyat fənləri kontekstual və məntiqi düşüncə tələb edir. Sadəcə “əruzun bəhri nədir” sualına deyil, “ədəbi obrazın funksiyası nədir, filankəsin dilə yanaşması hansı kontekstdə olub” suallarına cavab verə bilmək lazımdır. Bu isə ciddi intellektual hazırlıq, mütaliə və düşüncə tələb edir".


Kamran Əsədov ən ağrılı məqamın bu müəllimlərin hazırda minlərlə uşağın taleyinə cavabdeh olduğunu vurğulayıb.
"Onlar öyrətməlidir. Amma özləri öyrənmirlər. Oxumurlar. Təkmilləşmirlər. Ən son hansı elmi-metodik məqaləni oxudular? Hansı ədəbi-tənqidi mənbəyə baxıblar? Dilin inkişaf dinamikası, yeni yazı tərzi, müasir şeir anlayışı haqqında nə bilirlər? Cavab: susqunluq.
Müəllim savadın daşıyıcısı olmalıdır. Özündə olmayanı başqasına ötürə bilməz. Müəllim oxumursa, öyrənmirsə, bu, təkcə onun şəxsi itkisi deyil – bu, bütöv bir nəsil üçün təhlükədir. Belə müəllim şagirdə dil sevgisi verə bilməz, ədəbiyyatın dərinliyini aşılamaz, tənqidi təfəkkür formalaşdıra bilməz. Bu müəllimə vergi ödənişlərimizdən maaş verilir, amma qarşılığında aldığımız – ya boş sinifdir, ya da təkrar, əzbər, keyfiyyətsiz izah.
Əgər müəllim bu imtahandan keçə bilmirsə, bu, sistemin yox, onun özünün imtina etdiyi bir peşə məsuliyyətidir. Bu gün ədalətli müəllimlər var, imtahana girib yüksək bal toplayanlar var. Onlar oxuyub, hazırlıqlı olub və nəticə əldə ediblər. Problem sistemdə deyil, sistemə uyğunlaşmayan, yeniliyə müqavimət göstərən və illərlə dəyişməyən, amma maaş artımı tələb edən bəzi müəllimlərdədir".
Təhsil Eksperti son olaraq deyib ki, əgər biz təhsili ciddi islahat etmək istəyiriksə, ilk növbədə vicdanlı, savadlı, özünə tələbkar müəllimlərlə işləməliyik.
" İmtahandan keçə bilməyən, sadə suallara cavab verə bilməyən, dərsliyini belə oxumayan müəllim özünü təkrar yox, dəyişməlidir. Əks halda, bu ölkənin gələcəyi həmin müəllimlərin səhlənkarlığının qurbanı olacaq. Bu isə bağışlanmazdır".


Elm və Təhsil Nazirliyindən bildirildi ki, yekun təhlildən sonra nəticələrin ümumiyyətlə ləğv olunması, yaxud problemli sualların müəllimlərin leyhinə hesab olunması və digər istiqamətlər barədə qərar veriləcək.


Fidan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 İyun 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri