Icma.az
close
up
RU
Müəllim maaşları iki dəfə artırılır Büdcə bu yükə tab gətirəcək?

Müəllim maaşları iki dəfə artırılır Büdcə bu yükə tab gətirəcək?

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Elm və Təhsil Nazirliyi mərhələli şəkildə 20 min tam-ştat müəllim vəzifəsinin yaradılacağını açıqlayıb. Tam-ştat sisteminə keçən müəllimlərin əməkhaqları orta maaşdan iki dəfə yüksək olacaq. Yeni model yalnız böyük məktəblərdə tətbiq ediləcək və bu addım büdcəyə əlavə maliyyə yükü məsələsini gündəmə gətirib.

20 min tam-ştat müəllimin əməkhaqqının iki dəfə artırılması dövlət büdcəsinə yük deyilmi?

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən məktəbşünas, Təhsil qanunvericiliyi üzrə ekspert Elşən Qafarov bildirib ki, nazirin sözlərində həqiqət odur ki, müəllim tam-ştata keçməlidir. Azərbaycan müəllimi məktəblərdə tam-ştata keçməlidir.

E. Qafarovun sözlərinə görə, bu ikinci sertifikasiyadan sonra həyata keçiriləcək və ibtidai sinif müəllimləri ilə başlayacaq. Bundan sonra hər il,, 2028-ci ildə Azərbaycan dili müəllimləri, 2029-cu ildə riyaziyyat, xarici dil müəllimləri olacaq. Daha sonra digər müəllimlər hər il tam-ştata keçəcək.

Maraqlı bir məqama toxunan ekspert deyib:

“Hələ, iki ildən sonra başlayacaq bir islahat indidən niyə bu qədər gündəm olub? Nazir yenə də tam açıqlamadı. Amma danışıqlarından tam aydın oldu ki, bu ibtidai sinif müəllimləri ilə başlayacaq. Bəs, bu boyda hay-küy nə üçündür? İki il bundan öncə eyni hay-küylə ölkədə məktəb modelləri dəyişir dedilər. Tezliklə məktəblər publik-hüquqi şəxsə çevriləcək deyildi. Artıq bu məsələ 2027-ci ildə başa çatacaqdı. Bəs nə oldu?! 2023-cü ildə 16 məktəb publik-hüquqi şəxsi elan olundu. Hətta Nazirlər Kabinetinin 300 nömrəli qərarı ilə həmin il nümunəvi nizamnamə da təsdiq edildi. Bir aydan artıq bu məsələ müzakirə olundu. Məsələ bitti və sıfır nöqtəsindən tərpənmədi. Amma təhsildə olan problemlər çox uğurla gizlədildi. Daha sonra bir günün içində bütün təhsil yerli idarəetmə orqanlarında metobirləşmələr ləğv edildi. Dedilər ki, sizə müasir metodis layihəsi tətbiq olunur. Bu layihəyə də 2025-ci ildə 7 milyondan çox pul sərf olundu. Guya ki, müasir metodistlər seçildi. Böyük vəsait xərclədi və silindi. Nəticədə fiaskoya uğradı”.

Steam layihəsinə də toxunan mütəxəsis bildirib:

“Regionlarda 50 steam mərkəzi var. Bu gün bütün təhsili inkişaf etmiş ölkələrdə bu tətbiq olunur. Nə qədər şagird bundan istifadə edir? Steam-ın nəticəsi bizə nə verir? Təsəvvür edin, Steam-la bağlı festival keçirildi, ilk 10 yerdən 8-ni Naxçıvanın Təhsil Nazirliyi tutur. Naxçıvanın məktəblərində Steam-la bağlı hansı işlər görülür? Nə baş verib ki, 10 yerdən 8-ni Naxçıvan məktəbləri tutdu”.

Lisey və gimnaziyalardakı problemlərdən bəhs edək ekspert vurğulayıb:

“Lisey və gimnaziyalar tamamilə bir layihəyə çevrilib. Onları təhsil institutu necə istəyir, elə də idarə edir. Bütün dünya praktikasında belədir ki, istedadlı uşaqlarla ən az 5 yaşdan başlanılır. Bizdə isə 6-cı sinifi bitirənləri qəbul edirlər. Sınaq imtahanları keçirərək oradan da böyük vəsaitlər qazanırlar. Ölkədə istedadlı uşaqlarla iş metodologiyası qurulmayıb”.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Noyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri