Icma.az
close
up
RU
“Müəllim” mobil tətbiqindən necə istifadə OLUNUR?

“Müəllim” mobil tətbiqindən necə istifadə OLUNUR?

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün “Müəllim” adlı yeni mobil tətbiq istifadəyə verilib. Tətbiq müəllimlərin gündəlik işini asanlaşdırmaq və dərs prosesini mobil telefon üzərindən daha rahat idarə etmək məqsədi daşıyır. 

Redaktor.az “Azərbaycan müəllimi”nə istinadən tətbiqlə bağlı müəllimləri maraqlandıran bütün sualların cavablarını təqdim edir.

“Müəllim” tətbiqi nə üçündür?

Bu tətbiq mövcud elektron jurnalın mobil versiyası kimi işləyir. Yəni müəllim kompüterə bağlı qalmadan bir çox işləri birbaşa telefonundan görə bilir. 

Tətbiqi necə yükləmək olar?

“Müəllim” tətbiqi:

"Android" telefonlar üçün "Google Play",

iOS telefonlar üçün "App Store" platformalarında mövcuddur.

Axtarış bölməsində sadəcə “Müəllim” yazmaq kifayətdir. Tətbiqə giriş yalnız rəqəmsal identifikasiya sistemi olan Digital Login hesabı ilə mümkündür.Sistemdən istifadə tam ödənişsizdir. 

Tətbiqdə hansı işləri görmək olar?

“Müəllim” tətbiqi vasitəsilə müəllimlər:

– Dərs cədvəlini günlük və aylıq formada izləyə;

– Şagirdlərin davamiyyətini, qiymətlərini və intizam qeydlərini daxil edə;

– Dərs mövzularını və ev tapşırıqlarını sistemə yerləşdirə;

– Tədris etdiyi fənn üzrə məzmun standartlarını qeyd edə;

– Əməkhaqqı məlumatlarını və detalları görə;

– Əvəzləmə dərslərini (əvəz edən və ya əvəz olunan saatları) izləyə bilərlər.

Tətbiqin əsas üstünlükləri:

– Şəxsi və peşəkar məlumatlara istənilən vaxt, istənilən yerdən çıxış imkanı;

– İş prosesində sadəlik və vaxta qənaət;

– Dərs və qiymətləndirmə işlərinin daha sistemli aparılması.

Bu tətbiqdən kimlər istifadə edə bilərlər?

Hazırda tətbiq yalnız elektron jurnala keçid etmiş ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün aktivdir. Yəni müəllim sistemdə mövcud olan elektron jurnal istifadəçi məlumatları ilə tətbiqə daxil olur.

Qeyd edək ki, cari mərhələdə “Müəllim” tətbiqi “Rəqəmsal məktəb” layihəsi çərçivəsində Bakı şəhərindəki ümumi təhsil müəssisələrində istifadə olunur. Tətbiqin mərhələli şəkildə ölkə üzrə bütün məktəblərdə tətbiqi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:419
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Dekabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri