Müəllim olmaq istəyənlərə mühüm xəbər: Vakansiya seçimi başladı KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə vakansiya seçiminin ilk mərhələsinə start verilir.
KONKRET.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, avqustun 5-i saat 11:00-dan etibarən vakant yerlərin seçimi mərhələsi başlayacaq.
İlkin mərhələdə test imtahanında müəyyən edilmiş keçid balını toplamış şəhid ailəsi üzvlərinə vakant yer seçmək imkanı yaradılacaq.
Bildirilib ki, namizədlər elektron ərizə vasitəsilə maksimum 8 vakant vəzifə seçə bilərlər. Yerləşdirmə zamanı namizədin seçdiyi vakansiyaların ardıcıllığı əsas götürüləcək.
Qeyd olunub ki, vakant yerə yerləşdirildikdən sonra həmin vəzifədən imtina edən şəxslər növbəti vakansiya seçim mərhələlərində iştirak edə bilməyəcəklər.
Növbəti mərhələlərdə yaşayış yerinə uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələri üzrə və daha sonra ümumi vakansiya seçimi keçiriləcək. Bu mərhələlərin tarixləri barədə əlavə məlumat veriləcək.
Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi avqustun 6-sı saat 11:00-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 05 Avqust 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















