Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Müəllim təhsilverəndir, yoxsa jurnalyazan... TƏNQİD

Müəllim təhsilverəndir, yoxsa jurnalyazan... TƏNQİD

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Məktəblərin tədris mərkəzi olmaqdan çıxıb, müxtəlif inzibati və formal işlərin icra edildiyi bir yerə çevrilməsi həm təhsil keyfiyyətini, həm də şagird-müəllim münasibətlərini ciddi şəkildə zədələyir. Apardığımız müşahidələr göstərir ki, nazirlik tərəfindən tətbiq edilən inzibati yüklərin və müxtəlif tədbirlərin çoxluğu tədris prosesinin əsas məqsədlərinə kölgə salır. Hər gün, hətta bəzən gündə bir neçə dəfə keçirilən tədbirlər dərslərin keyfiyyətinə və davamlılığına təsir edir, nəticədə şagirdlərdə və müəllimlərdə təhsilə qarşı maraq azalır”.

Bu barədə fikirləri təhsil üzrə ekspert Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib. 

O qeyd edib ki, müasir dövrdə məktəblərin əsas vəzifəsi şagirdlərə bilik və tərbiyə vermək olsa da, inzibati işlərin artması bu funksiyanı ikinci plana keçirib. Müəllimlər əsas vəzifələrini yerinə yetirmək əvəzinə, vaxtlarının əksər hissəsini jurnal doldurmağa, hesabat hazırlamağa və tədbirlərin təşkili ilə məşğul olmağa sərf edirlər. Bu vəziyyət onların tədris prosesinə yaradıcı yanaşma imkanlarını məhdudlaşdırır və iş motivasiyasını azaldır:

“Şagirdlər üçün isə vəziyyət daha mürəkkəbdir. Tədris prosesinin tez-tez tədbirlər və digər kənar fəaliyyətlərlə kəsilməsi onların dərslərə diqqətini dağıdır və təhsilə maraqlarını azaldır. Şagirdlər təhsil aldıqları mühitin sabit və aydın olmasını gözləyirlər. Lakin tədbirlərin çoxluğu və dərs cədvəlinin davamlı pozulması onların həm akademik göstəricilərinə, həm də emosional rifahına mənfi təsir göstərir”.

Dünya təcrübəsi ilə Azərbaycan təcrübəsini müqayisə edən ekspert bildirir ki, təhsil səviyyəsinin yüksək olduğu ölkələrdə bu cür vəziyyətlərdə məktəblərin əsas vəzifələrinə fokuslanması üçün ciddi islahatlar aparılmalıdır.
“Finlandiyada təhsil sistemi tamamilə şagirdlərin inkişafına yönəlib. Müəllimlərə geniş sərbəstlik verilir və onlar yalnız tədris və tərbiyə işləri ilə məşğul olurlar. İnzibati işlər isə minimum səviyyədədir və rəqəmsal sistemlər vasitəsilə idarə olunur. Bunun nəticəsində Finlandiya məktəbləri təhsil keyfiyyəti üzrə dünyanın liderləri sırasında yer alır.

Yaponiyada da oxşar təcrübə mövcuddur. Tədbirlər əsasən dərsdən sonra və könüllülük prinsipi əsasında təşkil edilir. Beləliklə, dərs saatları yalnız tədris məqsədlərinə həsr olunur və şagirdlərin diqqəti əsas bilik və bacarıqların inkişafına yönəldilir. Bu yanaşma şagirdlərin akademik nəticələrinin artmasına və məktəb mühitində ümumi razılığın təmin olunmasına səbəb olub.

Azərbaycanda isə vəziyyət fərqlidir. Təhsil Nazirliyi tərəfindən təqdim olunan statistikaya görə, ölkə üzrə məktəblərdə tədbirlərin sayı ildən-ilə artır. 2023-cü ildə orta məktəblərdə keçirilən tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 15% artmışdı. Tədbirlərin çoxu formallıq xarakteri daşıdığı və real təhsil prosesinə dəstək vermədiyi üçün həm müəllimlər, həm də şagirdlər tərəfindən mənfi qarşılanır”.

“İlk növbədə, inzibati yükün azaldılması üçün rəqəmsal texnologiyalardan istifadə genişləndirilməlidir. Elektron jurnalların və hesabatların tətbiqi müəllimlərin vaxtını azad edəcək və onların əsas diqqətini dərs prosesinə yönəltməsinə imkan yaradacaq. Müasir texnologiyalar inzibati işləri avtomatlaşdıraraq həm vaxta, həm də resurslara qənaət edir” - bu problemi həll etmək üçün bir neçə əsas istiqamətdə dəyişikliklər təklif irəli sürən Kamran Əsədov bildirib:

“Digər bir həll yolu məktəblərdə tədbirlərin sayının və mahiyyətinin təkrar gözdən keçirilməsidir. Tədbirlər yalnız tədris proqramını dəstəkləyən və şagirdlərin şəxsi inkişafına töhfə verən formada təşkil edilməlidir. Məsələn, elmi yarışmalar, debatlar və şagirdlərin praktiki biliklər əldə etməsinə xidmət edən fəaliyyətlər bu baxımdan məqsədəuyğundur. Bunun əksinə olaraq, kütləvi və formal xarakter daşıyan tədbirlər təhsil prosesindən tamamilə kənarlaşdırılmalıdır.

Eyni zamanda, məktəblərdə müəllim və şagirdlərin iştirakının qiymətləndirilməsi mexanizmi dəyişdirilməlidir. Hazırda tədbirlərdə iştirak, bəzi hallarda, müəllimlərin və şagirdlərin nailiyyət göstəricilərinə təsir edir ki, bu da onların məcburi şəkildə tədbirlərdə iştirak etməsinə səbəb olur. Təhsil sistemi isə bu yanaşmadan imtina etməli və yalnız dərs prosesində əldə olunan nailiyyətlərə əsaslanmalıdır.

Nəhayət, təhsil sahəsində islahatlar aparılarkən müəllimlərin, valideynlərin və hətta şagirdlərin fikirləri nəzərə alınmalıdır. Onların təklifləri və narahatlıqları islahatların daha uğurlu və effektiv həyata keçirilməsinə kömək edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri