Icma.az
close
up
RU
Müəllimin fəaliyyəti üçün təqdim edilən yeni model son illərin ən məzmunlu təhsil islahatıdır ekspert

Müəllimin fəaliyyəti üçün təqdim edilən yeni model son illərin ən məzmunlu təhsil islahatıdır ekspert

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 noyabr, Xatirə Cəfərova, AZƏRTAC

Müəllimin fəaliyyəti üçün təqdim edilən yeni model – 09:00-dan 18:00-dək olan iş rejimi, dərs yükünün azaldılması, metodiki və layihə fəaliyyətlərinin rəsmi iş funksiyasına çevrilməsi, yalnız sertifikasiyada yüksək bal toplamış müəllimlərin könüllü şəkildə iştirakı – Azərbaycan təhsil sistemində son onillikdə görülmüş islahatların ən məzmunlu mərhələsidir. Bu yanaşma müəllimin əməyinin real mahiyyətini qanunvericilik səviyyəsində tanıyan və onun sosial statusunu yüksəltməyə yönəlmiş struktur dəyişikliyidir.

Bu barədə AZƏRTAC-a təhsil eksperti Kamran Əsədov məlumat verib. O bildirib ki, “Təhsil haqqında” Qanun müəllimin funksiyalarını sadəcə dərs deməklə məhdudlaşdırmır, əksinə, metodik hazırlıq, inkişaf fəaliyyəti və şagirdlə fərdi iş kimi geniş spektrli öhdəliklər müəyyənləşdirir. İndiyə qədər bu funksiyalar kağız üzərində qalıb, real əməkhaqqına çevrilməyib. Yeni model bu müddəanın ilk dəfə praktik həyata keçirilməsi anlamına gəlir və məhz buna görə sistemdə keyfiyyət dəyişikliyi yarada biləcək əsas mexanizm hesab olunur.

“Son beş ildə Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər statistik göstəricilərlə öz təsdiqini tapır. 2020–2024-cü illərdə müəllimlərin orta aylıq əməkhaqqı 420 manatdan 780 manata yüksəlib, yəni artım 86 faizdir və bu, MDB məkanında ən yüksək dinamika hesab olunur. Eyni dövrdə 12 min yeni müəllim ştatı açılıb, məktəblərə 36 min kompüter verilib, 420-dən çox məktəb əsaslı şəkildə yenidən qurulub. Məktəblərin internet təminatı 31 faizdən 78 faizə çatdırılıb və bu, Avropa İttifaqı ölkələrinin orta göstəricisindən 9 faiz yüksəkdir. Sertifikasiya prosesində iştirak edən müəllimlərin 71 faizi əvvəlki ilə nisbətən daha yüksək nəticə göstərib və nəticə əsaslı maaş artımı mexanizmi müəllimlərin motivasiyasını ciddi şəkildə gücləndirib. Bütün bu rəqəmlər göstərir ki, nazirlik son beş ildə infrastruktur, sosial təminat və motivasiya mexanizmlərini paralel şəkildə quraraq yeni model üçün zəruri bazanı tam şəkildə formalaşdırıb”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, yeni modelin tətbiqi təkcə struktur dəyişikliyi deyil, həm də müəllim nüfuzunun yüksəldilməsi strategiyasının davamıdır. Uzun illər müəllim peşəsi maddi baxımdan cəlbedici olmadığı üçün gənc kadrların bu sahəyə marağı aşağı idi. Rəsmi statistikaya görə, 2015-ci ildə pedaqoji ixtisaslara qəbul balı orta hesabla 230 idisə, 2023-cü ildən etibarən bu göstərici 350 balı keçib. Bu artım sırf islahatların yaratdığı müsbət reputasiya nəticəsində baş verib. Yeni iş modeli müəllimlik peşəsini daha sistemli, normallaşdırılmış və peşəkar çərçivəyə salır ki, bu da gələcəkdə yüksək bal toplayan gənclərin müəllimliyə marağını daha da stimullaşdıracaq.

Dünya təcrübəsi ilə müqayisə yeni modelin doğruluğunu bir daha təsdiqləyir. Finlandiya, Sinqapur, Estoniya kimi lider təhsil sistemlərində müəllim gündə 8–9 saat məktəbdə olur, lakin bu saatların yalnız 40–50 faizi dərs yükünə sərf edilir, qalan vaxt isə hazırlıq, layihələr, fərdi iş və metodiki fəaliyyətlərə ayrılır. Bu ölkələrdə müəllimlərin 78 faizi öz işindən razıdır, PISA nəticələri isə dünyanın ən yüksək səviyyəsindədir. Azərbaycanda dərs yükü illərlə normativdən çox hesablanırdı, müəllimin hazırlıq və fərdi iş fəaliyyəti isə faktiki görünməz əməyə çevrilmişdi. Yeni model bu boşluğu aradan qaldıraraq, beynəlxalq standartlara uyğun əmək sistemi formalaşdırır. Hətta müqayisə göstərir ki, Azərbaycanda müəllimlər üçün yaradılan yeni şərait – əlavə otaqların ayrılması, kompüter təminatı, sertifikasiya nəticəsi ilə uzlaşan maaş artımı – bir çox ölkələrdə olmayan qədər sürətli və ardıcıl tempdə həyata keçirilir.

K.Əsədov bildirib ki, sosial şəbəkələrdə yaranan narazılıqlar isə daha çox keçid dövrünün çətinliklərindən qaynaqlanır. Müəllimlərin bir qismi yeni modeli repetitorluğun qarşısını almaq məqsədi kimi dəyərləndirir, digər qismi məktəbdə 9 saatlıq iş rejiminin əlavə yük yaradacağından ehtiyat edir. Halbuki model könüllüdür və sadəcə sertifikasiyada yüksək bal toplamış müəllimləri əhatə edir. Repetitorluğun azalması modelin məqsədi deyil; məqsəd məktəbdaxili tədrisi gücləndirməkdir. Əgər şagird məktəbdə fərdi izah, əlavə məsləhət və layihə dəstəyi alacaqsa, təbii olaraq repetitorluğa ehtiyac azalacaq və bu, sistemin uğurlu işləməsinin göstəricisi olacaq. Repetitorluğun azalması müəllimlər üçün mənfi yox, öz əməyinin real dəyər qazanması demək olacaq.

Yeni model müəllim motivasiyasına yüksək təsir göstərir, çünki ilk dəfə olaraq müəllimin “görünməyən işi” rəsmi olaraq tanınır və əməkhaqqına çevrilir. Bu, pedaqoji peşənin dəyərini artıran ən mühüm addımdır. Beynəlxalq araşdırmalara görə, dərs yükü əsaslı sistemlərdə müəllimlərin cəmi 40 faizi peşədən məmnun olduğunu bildirir, əmək funksiyası əsaslı sistemlərdə isə bu rəqəm 75–80 faizə yüksəlir. Azərbaycanda yeni modelin tətbiqi müəllimin gündəlik fəaliyyətini dərs saatından kənar çərçivəyə çıxarır və bu, həm şagird nəticələrinə, həm də müəllimin peşəkar inkişafına birbaşa təsir göstərir.

“Hesab edirəm ki, son beş ildə nazirlik müəllim peşəsini gücləndirmək üçün həm maddi, həm metodiki, həm də struktur səviyyəsində çoxsaylı müsbət addımlar atıb və yeni model bu strategiyanın məntiqi davamıdır. Bu dəyişiklik müəllimin nüfuzunu yüksəltmək, maddi durumunu stabilləşdirmək, repetitorluqdan asılılığı azaltmaq, məktəbdaxili tədrisi gücləndirmək və dərs keyfiyyətini artırmaq məqsədlərinə xidmət edir. Qarşıda duran əsas məsələ infrastrukturun tamamlanması və məktıbdaxili təşkilatçılığın düzgün qurulmasıdır. Bunlar həyata keçdikcə cəmiyyətin və müəllimlərin münasibəti də dəyişəcək və yeni modelin real nəticələri özünü çox qısa müddətdə göstərəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri