Müəllimlər arasında ciddi seçim olacaq DETALLAR
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun müəllimlərin əməkhaqqının dərs saatına görə deyil, tam iş günü əsasında ödənilməsi ilə bağlı təklifi təhsil sistemində uzun müddətdir müzakirə olunan problemləri yenidən gündəmə gətirib.
"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, bu yanaşma hazırda pilot layihə kimi tətbiq olunan tamştatlı müəllim modelinə uyğundur..
“Bu model müəllimlərin səkkiz saatlıq iş prosesinə cəlb olunmasını nəzərdə tutur. Hələlik sistem müəyyən sayda məktəbdə tətbiq ediləcək.Tamştatlı fəaliyyət göstərən müəllimlər digər müəllimlərdən daha yüksək əməkhaqqı alacaqlar, çünki səkkiz saat məktəbdə qalacaqlar. Onların fəaliyyəti yalnız dərs saatlarında sinif otağında tədris aparmaqla məhdudlaşmayacaq. Buraya dərs prosesinə hazırlıq, şagirdlərlə əlavə iş, onların tədris prosesinə hazırlanması və mövzuları mənimsəmələrinə dəstək göstərilməsi kimi istiqamətlər də daxildir”. pizza mizza
Elmin Nuri hesab edir ki, bütün müəllimlərin bu modelə cəlb olunması müəyyən çətinliklər yaradacaq və bunun üçün təhsil sistemində optimallaşdırma tədbirləri aparılmalıdır.
“Bu təklif gələcəyin təhsil modelidir. Gələcəkdə müəllimlər arasında seçim prosesi gedəcək və ən yaxşı müəllimlər ciddi rəqabətdən qalib çıxaraq həmin model əsasında fəaliyyət göstərəcəklər. Hazırda 150 mindən çox müəllim çalışır və bu modelin onların hamısına tətbiqi uyğun deyil. Məktəblərin və şagirdlərin sayı getdikcə azalır. Bu da müəllimlərin sayının azalmasına gətirib çıxarır”, – deyə təhsil eksperti qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 14 Oktyabr 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















