Icma.az
close
up
RU
İkinci dərəcəli fənn yoxdur: bütün müəllimlər sertifikasiyaya cəlb olunacaq

İkinci dərəcəli fənn yoxdur: bütün müəllimlər sertifikasiyaya cəlb olunacaq

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bu gün müəllimlərin sertifikasiya imtahanları başlayır. Müəllimlərin sertifikasiyaya cəlb olunması ilk dəfə 2022-ci ildə baş tutub.

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq 2022-ci ilin 30 avqust - 1 sentyabr və 13 sentyabr tarixlərində sertifikatlaşdırmanın test mərhələsi keçirilib.

Test mərhələsində ümumilikdə 11 133 nəfər müəllim iştirak edib və onlardan 8 766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.Test mərhələsində iştirak edən təhsilverənlərin hər biri ibtidai sinif müəllimi olub. 
2023-cü ildə isə 28 min müəllim sertifikasiyaya cəlb olunub. Ümumilikdə imtahana cəlb olunanların 8 500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimi olub. 
2024-cü ildə isə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə birlikdə, xarici dil (alman dili, fransız dili, rus dili və ədəbiyyatı və s.), eləcə də Azərbaycan dili (rus bölməsi), həmçinin riyaziyyat və ingilis dili müəllimləri ilk dəfə sertifikasiyaya cəlb olunublar.
Qeyd edək ki, 2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı isə 55 min nəfər olub.
2025-ci ildə ilk dəfə fizika, kimya, biologiya, coğrafiya və informatika müəllimlərini sertifikasiyaya cəlb olunacaq. 18-25 iyun tarixlərində keçiriləcək sertifikasiya imtahanında ümumilikdə 19 min müəllim iştirak edəcək. Eyni zamanda bu tarixlərdə ötən il sertifikasiya imtahanından kəsilən müəllimlərin ikinci şans imtahanı da baş tutacaq. 
Modern.az-ın məlumatına görə, ötən gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Təhsil İnstitunun müəllimlərin sertifikasiya imtahanı ilə bağlı birlikdə təşkil etdiyi brifinqdə isə vurğulanıb ki, gələcək 10 il ərzində ölkə üzrə bütün fənlər üzrə bütün müəllimlər sertifikasiyadan tam cəlb olunacağı planlaşdırılıb.

Rəsmilər vurğulayıb ki, təhsildə ikinci dərəcəli fənn yoxdur və bu cür hesab edilən dərslər şagirdlərimizdə əqli inkişafı və elmi dünya görüşü artırılmasına xidmət edir. Bu səbəbdən də bütün müəllimlərin sertifikasiyaya cəlb olunması labüddür. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 İyun 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri